17,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » "Müharibə dövründə yaşamış ailələrin..." -


"Müharibə dövründə yaşamış ailələrin..." -

09.05.2018 11:18
admin

Xəbər verdiyimiz kimi xalq artisti Bəsti Cəfərovanın qızı Fidan Cəfərovanın yeni qısa metrajlı filmi işıq üzü görüb. Kinomanlar artıq gənc rejissorun işini Youtube üzərindən də izləyə bilərlər.

Milli.Az-a filmi barədə danışan Fidan bu sözləri deyib:

"Bu gün" filmi keçən ilin mart ayında çəkilib. Bir ildən çox müddət idi ki, üzərində çalışırdıq. Filmi mayın 1-i təqdim etsək də öz kanalımızdan 9 may - Qələbə günü paylaşmağın ən düzgün fikir olduğuna qərar verdik.

Bir çox müharibə dövründə yaşamış ailələrin talehi, hətta qlobal bir problemi müzakirəyə qoyduğumuzu da deyə bilərik. Bu gün isə bu filmin yaranma səbəbi olan treki klip ilə bərabər "online" edəcəyik".

Rollarında əməkdar artist Şəlalə Şahvələdqızı, Ağarəhim Poladov, Könül İskəndər və Canəli Canəliyevin çıxış etdiyi film Fidan Cəfərovanın Youtube kanalı üzərindən paylaşılıb.

Filmin yaradıcı heyəti isə Şəhriyyar Atababayev (Xpert)(idea müəllifi), Ağarəhim Poladov (baş prodüseri), Eshad Delavari (rəng korreksiyası və quruluşçu operatoru), Emin Euro (həm səs rejisoru, həm də filmin bəstəkarı), Şamxal Novruzlu (səs rejisoru), Məsumə Əhədova (redaktor) və Leyla Muradovadan (geyim rəssamı) ibarətdir.

Qeyd edək ki, Fidan Cəfərova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun məzunudur. Həmçinin, o, Azərbaycan Dövlət Dram Teatrının nəzdində "AXIN" studiyasında aktyorluq və rejissorluq üzrə 2 illik kursları bitirib. 2014-cü ildə, Fidan Cəfərova "İkinci nəfəs" adlı, sayca ikinci qısametrajlı işinə görə "No Smoking Film" festivalı çərçivəsində "Ən yaxşı aktrisa" nominasiyasında mükafata layiq görülüb. Aktrisa kimi Erik Emmanuel Şmittin "Mösyö İbrahim və Quranın çiçəkləri" adlı romanının motivləri əsasında eyni adlı tamaşada Məryam obrazını, M.S. Ordubadinin "Qılınc və qələm" romanının əsasında səhnəyə qoyulan "Qətibə İnanc" tamaşasında Gənc Qətibə obrazını canlandırır. Hazırda İctimai Televiziyada işləyir.

Xatırladaq ki, filmin prodüseri Ağarəhim Poladov mərhum xalq artisti Fuad Poladovun oğludur.

Filmi buradan izləyə bilərsiniz:

Adil Nəcəfov
Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *