13,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,28 AZN

описание


» » Bakıda Yunanıstan və Azərbaycan etnik musiqi ifaçılarının konserti keçirilib - FOTO


Bakıda Yunanıstan və Azərbaycan etnik musiqi ifaçılarının konserti keçirilib - FOTO

08.05.2018 22:32
admin

Beynəlxalq Muğam Mərkəzində Yunanıstandan gəlmiş etnik musiqiçilər Makis Stamoulis və Kostas Spiropoulis "Rembetiko meets Mugam" adlı möhtəşəm konsertlə çıxış ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, konsert Avropa İttifaqının Azərbaycandakı nümayəndliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 2-ci "IMAGINE" Avropa tolerantlıq festivalı çərçivəsində reallaşıb.

Xatırladaq ki,bundan əvvəl Mərkəzdə Perudan gəlmiş etnik musiqiçilərin konserti olmuşdur ki, tamaşaçılar iştirakçıları sürəkli alqışlarla qarşılamışdılar.
Tədbirin rəsmi hissəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbərliyinin birinci müşaviri Denis Daniilidis çıxış edərək Yunanıstan tarixinin, musiqi və mədəniyyətinin zəngin olduğunu bildirib. Azərbaycan və yunan musiqilərini bir araya gətirmək olduqca maraqlı hadisədir- deyə Denis Daniilidis vurğulayıb.

Rembetiko - musiqi stilini bəzən amerika blyuzunun yunan ekvivalenti adlandırırlar.Bu mahnılar birinci növbədə buzuki simli alətinin,eyni zamanda skripkanın,gitaranın,akkordeonun və fortepianonun akkompanentləri ilə ifa olunur.Yunanıstanda "rembetiko" deyiləndə xalq musiqisi həvəskarları qədim xalq mahnılarını düşünürlər."Rembetiko" stilli mahnılar XX əsrin 20-30-cu illərində məşhurlaşıb və bu gün həm yaşlı həm də cavan nəsil tərəfindən sevilir.
"Rembetiko meets Mugam" adlanan konsertdə Makis Stamoulis və Kostas Spiropoulis qədim yunan mahnılarını ifa ediblər.

Yunan musiqiçiləri ilə Əməkdar artistlər Sahib Paşazadə(tar),Toğrul Əsədullayev(kamança) və istedadlı xanəndə Nisbət Sədrayevanın birlikdə ifaları gecəyə xüsusi rəng qatıb.

Konsert dövlət qurumlarının və diplomatik korpusun nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə maraqla və alqışlarla qarşılanıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *