11,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » Musiqili Teatrın həftəsonu repertuarı


Musiqili Teatrın həftəsonu repertuarı

13.04.2018 16:49
admin

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir. Qurumun mətbuat xidmətindən bildirilib ki, bu gün saat 19:00-da "Mən dəyərəm min cavana" (F.Sücəddinov, T.Vəliyeva), 14 aprel saat 19:00-da "Baladadaşın toy hamamı" (Elçin, F. Allahverdi), 15 aprel saat 19:00-da "999-cu gecə" (F.Əmirovun musiqiləri və "Min bir gecə" nağıllarının motivləri əsasında) tamaşaları təqdim ediləcək.

Musiqili Teatr həmişə olduğu kimi, bu həftə rusdilli tamaşaçılarını da unutmayıb. Kollektiv 14 aprel saat 12:00-da rusdilli balaca teatrsevərlərin görüşünə rus xalq nağılı "Qoğalın sərgüzəştləri" və 15 aprel saat 12:00-da "Qızıl cücə" (V.Ulanovski, V.Orlov) tamaşası ilə gələcək.

Azərbaycan Dövlət Musiqili Teatrı həftəsonunu xoş ovqat və gülüş içində keçirmək istəyənlərin yolunu səbirsizliklə gözləyir. Tamaşalara biletləri 6 manatdan başlayan qiymətlərlə mərkəzləşdirilmiş kassalardan və "Asan xidmət" filiallarından əldə edə bilərsiniz.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *