8,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Elza İbrahimovanın yubileyinə həsr olunmuş konsert keçirilib - FOTO


Elza İbrahimovanın yubileyinə həsr olunmuş konsert keçirilib - FOTO

05.04.2018 23:22
admin

Beynəlxalq Muğam Mərkəzində məşhur bəstəkar, Xalq artisti, Əməkdar incəsənət xadimi Elza İbrahimovanın 80 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, konsert Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir" adlı birgə layihəsi çərçivəsində reallaşıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən bəstəkar Elza İbrahimovanın 80 illik yubileyinə həsr olunmuş tədbirlər il ərzində həyata keçirilir.

Gecədə ADMİU-nun tələbələrinin ifasında Elza İbrahimovanın "Bakının işıqları", "Sənsizliyin içində", "O gözlər", "Sevgilim tut əlimnən", "Bilməzdim", "Sən yadıma düşəndə", "Qurban verərdim", "Səslə məni", "Daha məndə dözüm yox", "Yalan ha deyil", "Unuda bilməzsən", "Gecələr bulaq başı", "Sən bir nəğmə, mən bir nəğmə", "bağçada keçmişəm", "Mehribanım" və başqa sevilən mahnıları səsləndirilib.

İfaçıları ADMİU-nun Xalq çalğı alətləri ansamblı müşayiət edib. Ansamblın bədii rəhbəri Xalq artisti, professor Zamiq Əliyevdir.

Tədbirdə incəsənət xadimləri, tələbələr və Elza İbrahimovanın yaradıcılığını sevənlər iştirak ediblər. Konsert musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, sabah Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsi çərçivəsində görkəmli xanəndə, Xalq artisti Həqiqət Rzayevanın yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *