10,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » İncəsənət məktəbinin şagirdləri təltif olunublar


İncəsənət məktəbinin şagirdləri təltif olunublar

05.04.2018 20:24
admin

Aprelin 4-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin müəllim və şagirdləri ilə görüşüb.

Məktəbin kollektivini uğurlar münasibətilə təbrik edən V.Zeynalov  onlara gələcək fəaliyyətlərində böyük nailliyyətlər arzu edib. Sonra Beynəlxalq Muğam Mərkəzində keçirilmiş bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı Vaqif Mustafazadəyə həsr olunmuş konsertdə uğurlu çıxışlarına görə məktəbin şagirdləri: Fidan Babayeva, Təranə Qədimova, Natəvan Osmanova,Əli Salaylı, Dərya Hüseynova, Fatimə Quliyeva, Fərəh Əzizova, Nazim Əzimov, Natəvan Cəbizadə, Nurlan Cəfərli, Sevinc Məmmədova, Aysel Sadıqova, Leyla Süleymanlı, Məhəmməd Hacızadə, Amina Safiquliyeva, Dəniz Abbasova, Oğuz Qədimli, Zərifə Gərayeva, Tomriz Mütəllibzadə, Leyla Kərimli, Ləman Əhmədxanova və Sənan Eyvazov "Fəxri fərman"larla təltif ediliblər.

Qeyd edək ki, martın 15- də Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günü ərəfəsində görkəmli musiqiçinin adını daşıyan 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri onun əsərləri, müxtəlif caz kompozisiyaları ilə uğurla çıxış ediblər.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *