20,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Xərçəngdən əziyyət çəkən xalq artisti: "Bir az xəstəliyi aldada bilsəm, bir az zaman udsam..."


Xərçəngdən əziyyət çəkən xalq artisti: "Bir az xəstəliyi aldada bilsəm, bir az zaman udsam..."

05.04.2018 10:43
admin

Mən xəstəlik deyib sızlamağı sevən insan deyiləm. Həyatdı. Demək ki, bunları yaşamaq alın yazımızdı. Nə deyim ki? Hələ ki yaşayıram. Şükür deyirəm. Kişiyə ağlamaq yaraşmaz.

Milli.Az bildirir ki, bu sözləri xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti Fuad Poladov səhhəti ilə bağlı pressclub.az-a danışarkən deyib. O bildirib ki, xəstəliyinə görə övladları narahatdır ki, bu da onu ağrıdır: "Onların çarəsizliyi məni narahat edir. Heç kimə əziyyət vermək istəmirəm. Hər atanın arzuları kimi mənim də xəyallarım var. Onları yaşamaq qismətim olsa, görərəm deyirdim. İndi bilmirəm. Allahdan istəyim, oğlumun toyunu görməkdir. Son günlər bir az xəstəlik mənə güc gəlir, deyəsən. Allah hər kəsə kömək olsun".

F.Poladov qeyd edib ki, müalicələri davam edir: "Bilirəm ki, bu xəstəlik müalicə ilə sağalan deyil. Amma bir az xəstəliyi aldada bilsəm, bir az zaman udsam, bəlkə ata olaraq arzularımdan bir neçəsinin həyata keçməsini görə bilərdim. Sadəcə, övlad toyu görməyi çox istəyirəm. Hər kəsə can sağlığı arzulayıram".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *