8,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Arif Babayevin 80 illik yubileyi qeyd olundu - FOTOLAR


Arif Babayevin 80 illik yubileyi qeyd olundu - FOTOLAR

04.04.2018 13:14
admin

Xalq artisti Arif Babayevin 80 illik yubileyi qeyd edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, konsert proqramı Heydər Əliyev Sarayında baş tutub. Tədbir xanəndənin həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Yubiley gecəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək A.Babayevin yaradıcılığından danışıb.

Daha sonra nazir, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təbriklərini yubilyara çatdıraraq ona "Şərəf" ordenini təqdim edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış edərək A.Babayevin muğam sənətinin inkişafındakı rolundan söz açıb. 

Yubiley gecəsində xanəndələrin ifasında xalq mahnıları, təsniflər və muğamlar səsləndirilib. Tədbirin sonunda A.Babayev yetirmələri ilə birgə "Qarabağ şikəstəsi"ni oxuyub.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *