19,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,27 AZN

описание


» » “Testene-Art” II Beynəlxalq İncəsənət festival-müsabiqəsinə yekun vurulub - FOTO


“Testene-Art” II Beynəlxalq İncəsənət festival-müsabiqəsinə yekun vurulub - FOTO

04.04.2018 00:24
admin

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə keçirilən "Testene-Art" II Beynəlxalq İncəsənət festival-müsabiqəsinə yekun vurulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Mərdəkan Mədəniyyət Sarayında keçirilən tədbirdə ilk öncə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev çıxış edərək, qonaqları salamlayıb. Qeyd edib ki, Azərbaycanla yanaşı İtaliya, Rusiya, İsrail və digər ölkələrdən müsabiqəyə 300-ə yaxın iştirakçı qatılıb. Bu festivalın ölkələrarası mədəniyyətin inkişafına öz töhvəsini verdiyini vurğulayıb. O, qalibləri təbrik edərək, "Testene-Art" mədəniyyət assosiasiyasının rəhbərliyinə təşəkkürünü bildirib və prezidenti Z.İnessaya milli musiqi alətlərimizi özündə əks etdirən xatirə hədiyyəsi təqdim edib.

Daha sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib, münsiflər heyətinin üzvləri festival-müsabiqənin gedişatı, istedadlı uşaqların çıxışları barədə öz fikirlərini söyləyiblər.

Mükafatlandırılmadan sonra qaliblərin qala konsertində bir-birindən gözəl musiqi nömrələri təqdim edilib. Çıxışlar alqışlarla qarşılanıb, xüsusilə azərbaycan musiqi və rəqsləri xarici qonaqların heyrətinə səbəb olub.

Müsabiqənin Qran Pri mükafatına Xosrovzadə Rza (estrada nominasiyası) layiq görülüb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *