19,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,27 AZN

описание


» » YAY Qalereyasında "Üfun, var zənn etdiyin yoxdur aləmdə, üfün, hər nə yoxsa, vardır dünyada…" sərgisi açıldı - FOTO


YAY Qalereyasında "Üfun, var zənn etdiyin yoxdur aləmdə, üfün, hər nə yoxsa, vardır dünyada…" sərgisi açıldı - FOTO

03.04.2018 16:50
admin

YAY Qalereyasında "Üfun, var zənn etdiyin yoxdur aləmdə, üfün, hər nə yoxsa, vardır dünyada..." sərgisi açıldı.

Milli.Az Trend-ə istinadən bildirir ki, YAY Qalereyası sizi rəssamlar Şahnaz Ağayeva, Aysel Əmirova, Günay Əliyeva, Leyli Qafarova, Fəxriyyə Məmmədova, Aydan Mirzəyeva, Çinarə Məcidova, Pərvanə Persiani, Şeyla Salamzadə və Leyli Salayevanın əsərlərindən ibarət "Üfun, var zənn etdiyin yoxdur aləmdə, üfün, hər nə yoxsa, vardır dünyada..." adlı qrup sərgisinə dəvət edir.

Sərgidə "Chai-Khana" Beynəlxalq Media Platforması ilə birgə film nümayiş edilir.Sərginin adı XII əsrdə yaşamış Azərbaycan şairəsi Məhsəti Gəncəvinin mövcud olan hər şeyin müvəqqətiliyi, faniliyi və etibarsızlığından bəhs edən rübaisindən götürülüb. Məhsəti poeziyası, həm bəşər övladına, həm də tanrıya sevgini etiraf etməklə yanaşı, xurafat, riyakarlıq və pədərşahlığa qarşı güclü qadın etirazının ən erkən nümunələrindən biri sayılır. Sərgidə bu regionun tarixində və mifologiyasında yer almış, həm keçmiş, həm də indiki dövrün sayılıb-seçilən qadınlarından ilhamlanan gənc xanım rəssamların bu qadınlara həsr etdiyi əsərlər nümayiş etdirilir.

Sərginin başlıca məqsədi, dövrümüzün aktual mövzuları və gender stereotiplərinin aradan götürülməsinə qarşı qadın yanaşmalarının gözəlliyini nəzərə alaraq, qadınların "etiraz səslərini" yenidən üzə çıxarmaqdır.

Şahnaz Ağayevanın "Nur" instalyasıyası, yüksək ustalıqla cilalanmış poladdan hazırlanan qabarıq formalı gözdən ibarətdir. O, müəyyən ardıcıllıqla, sanki bir göz qırpımı kimi ətrafa işıq saçır və onun göz qamaşdırıcı parıltısını uzun müddət seyr etmək mümkün deyil. Bu əsər, ilk olaraq tibb və təbiiyyat elmləri ilə məşğul olan qadınlardan ilhamlanıb.

Aysel Əmirova öz əsərini Azərbaycan musiqi aləminin müasir səsi sayılan, müğənni və bəstəkar Diana Hacıyevaya həsr edib. Baş-ayaq (tərs) piramida, işıq və uydurma kosmik məkan kimi simvollardan istifadə etməklə, rəssam, bu əsəri, yaradıcı enerjiləri ilə dünyaya təsir edən qadın şəxsiyyətlərlə bağlı ümumi məna kəsb edən obyektə çevirir.

Günay Əliyevanın "Yeni obyekt" adlı əsəri, gipsdən hazırlanmış qanad heykəlidir və Leyla Axundzadə tərəfindən təsis edilmiş "Zamanın qanadları" yaradıcılıq assosiasiyasına istinad edir. Əsər imitasiya və təkrarlanma jestləri ilə keçmişi qoruyub saxlamaqla yanaşı, gələcəyi də araşdırır və yaradıcılıq prosesinin bir nəsildən digərinə necə ötürüldüyünü göstərir.

Leyli Qafarova və Leyli Salayevanın ərsəyə gətirdiyi "İçinə" adlı birgə əsəri ənənəvi rəqslər vasitəsilə qadın utancaqlığı, "abır-həya" konsepsiyasını sual altına qoyur. Azərbaycanın qadın şairəsi Məhsəti Gəncəvinin seçilmiş rübailəri ayin formasında bir qrup qadınlar tərəfindən ifa olunur.

Fəxriyyə Məmmədovanın divar kağızı əsərləri sərginin ümumi fonunu təşkil edir və rəssamlar, habelə şairə Leyli Salayeva ilə birgə əməkdaşlıq sayəsində ərsəyə gətirilib. Divar kağızları Leyli Salayeva və rəssamlar tərəfindən yazılmış şeir və yazılar, eləcə də əsərlərin ilkin "ilham mənbələrinin" sitatları üzərində qurulub.

Aydan Mirzəyeva, akvarellə çəkilmiş rəngkarlıq anime rəsmlərini özündə cəmləşdirən əsərində "Tıq-tıq xanım" nağılına yeni interpretasiya verib. Rəssamın versiyasında baş qəhrəman güclü anime simalarından kimi yer alıb və orijinal nağıldan fərqli olaraq, rastlaşdığı və qarşısına çıxan məxluqların hədə-qorxularına qarşı özünü müdafiə etməyi bacarır. Heç nəyə baxmayaraq, rəssam bu nağılın əxlaqi nəticəsini qoruyub saxlayır: sonda, baş qəhrəman öz dikbaşlığı, məğrurluğu və şöhrətpərəstliyi səbəbindən qara böcəyə çevrilir.

Çinarə Məcidova sərgidə nümayiş olunan fotolarında xarici görünüşü sosial gözləntilərə cavab verməyən qızları ciddi qadın donları geyinməyə və özünü ciddi qadın kimi aparmağa məcbur edən sosial vərdişlərə eyham vurur. Rəssam digər əsərində "Səs" adlı videosunda bazarda işləyən qadınları əks etdirir və qadın müdafiəsizliyi və zərifliyi ideyasını sual altına qoyur. Çinarə Məcidova ailəni dolandıran, ailə başçısı qismində "güclü kişi" modelinin artıq yeni reallıqları əks etdirmədiyini vurğulayıb. Ağır əmək və ailə başçısı rolu get-gedə daha çox qadınların çiyinləri üzərində düşür.

Pərvanə Persianinin əsərində qara güzgüdə diod işıqlar yanıb-sönərək, rəssamın şeirindən bir parçanı "Sənin bütün kədərin və sevincin mənimdir" (Bütün qəm-kədərin mənim, sevincin isə sənin olsun) cümləsini əks etdirir. Bu əsər, virtual məkanın emosiyalaşdırılması mövzusunun dərinliyinə baş vurur və retro şeirləri ilə rəqəmsal dünyanın soyuq estetikasında əks edilən "analoq dünyaya" nostalji hisslərlə baxışını vurğulayır.

Şəlalə Salamzadənin instalyasiyası iki tarixi qadın, kinorejissor Qəmər Salamzadə və öz dövrünün sosial stereotipləri ilə mübarizə aparan tanınmış şairə Xurşidbanu Natəvan ilə bağlıdır. Bu iki şəxsiyyət, qadınların bərabərlik və ədalət, itirilmiş imkanlar və itkilər ilə mübarizə aparmaq ideyası ətrafında birləşməklə yanaşı, tükənməz qüvvə və yenilənməni təcəssüm edirlər.

Sərginin müddəti 3 iyun 2018-ci il tarixinə qədər olacaq.

Sərginin iş rejimi: həftənin II-VII günləri, saat 12:00 - 20:00

Giriş sərbəstdir.

Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5
T: +994 12 505 2323
E-mail: info@yaygallery.com
www.yaygallery.com

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *