20,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » "Elə qadını bir dəqiqə də saxlamaram" - VİDEO


"Elə qadını bir dəqiqə də saxlamaram" - VİDEO

01.04.2018 16:36
admin

"Hər zaman özümə hökm kəsməyi bacarıram, onunla da hərəkət edirəm. Hadisələrdən çıxış yolu tapa bilirəm. Məni həyatda oğlum Səmral, nəvələrim güldürür".

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləri xalq artisti Afaq Bəşirqızı "Stop" verilişində deyib. 

Aktrisa şəxsi həyatı ilə bağlı sualları cavablandırmayıb və bunları deyib. Bəşirqızı "Niyə bir övladla kifayətləndiniz" sualına belə cavab verib:

"Tale yazımdır, belə oldu. Şəxsi həyatdan danışmağı xoşlamıram. Ailəm və hisslərim toxunulmazdır. Ailəm, yoldaşım və nəvələrim haqqında danışmağı xoşlamıram. Ailə sənətdən, hər şeydən önəmlidir. Əgər sənəti sevirsənsə, onu ailə ilə birlikdə yaşatmağı bacarmalısan".

A.Bəşirqızı yeni çəkilən filmləri bəyənmədiyini deyib:

"Bəzən razı oluram, bəzən yox. Amma çox az vaxtlarda razı qalıram. Heç kim heç kimin qapısını döyüb, 50 qəpik vermir ki, ac qalma. Heç kimi mühakimə etməyin. Əsl sənətkarın heç vaxt pulu olmayıb. O, fanatdır. Kim gəlib 255 manata aktyor işləyər? Onun təşəkkürünü müəyyən vaxt keçəndən sonra xalq və dövlət verir. Deyirlər, aktrisaların xınayaxdılara getməsinə necə baxırsan? Onları mühakimə edə bilmərəm. Gedib ona çörək pulu vermirəm.

Evdə ağıllı qadının sözü keçər. Mən evdə sözü keçən qadını bir dəqiqə də saxlamaram. Heç eləsini almaram da. Yoldaşım məndən qat-qat çox qazanır".  

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *