19,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,27 AZN

описание


» » Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirildi


Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

29.03.2018 21:20
admin

Beynəlxalq Muğam Mərkəzində Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Martın 28- də Beynəlxalq Muğam Mərkəzində "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində "Aşıq Şəmşirin şeir dünyası" adlı ədəbi musiqili konsert keçirilib.

Layihə Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el şənliklərində tanınmağa başlayır.

Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməsləri ilə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyərək bir sənətkar kimi öz məktəbini də yaratmışdı. Onun 40-dan artıq şəyirdi olub. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz nümayəndələrinin yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olmuşdur. Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilir, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilmirdi. 

Gecənin ssenari müəllifi  Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Aşıqlar Birliyinin katibi Sənubər Bağırova çıxış edərək Dədə Şəmşir yaradıcılığından,aşıq sənətindəki görkəmli yerindən, yaratdığı aşıq havalarından  və şeirlərinin bədii estetik xüsusiyyətlərindən söhbət açıb. 

Gecədə aşıqlardan Mirəli Mehdiyev, Roman Azaflı, Cahangir Quliyev, İlham Aslanbəyli, Altay Məmmədli, Neymət Qasımlı, Gülara Azaflı, Vüqar Qurbanov, Qaracan Borçalı, Şöhrət Kərimovun ifasında aşıq Şəmşirin "Qurbanın", "Könül", "Bülbül", "Anam yadıma düşdü", "Məni", "Sənsiz", "Dəysin", "Birdə gül", "Dağlar", "Oğluyam" şeirlərini müxtəlif aşıq havaları üstündə  səsləndiriblər.

Konsert aşıq musiqisini,saz-söz sənətini sevənlər tərəfindən alqışlarla qarşılanıb.

Beynəlxalq Muğam Mərkəzinin  "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində  növbəti konsert  aprelin 12- də "Yada salaq Aşıq Ədaləti" baş tutacaq.

Biletləri şəhərimizin kassalarından, "ASAN xidmət" mərkəzlərindən və iticket.az(online) saytından əldə etmək olar.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *