13,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » Azərbaycanlıların soyqırımından bəhs edən tamaşa nümayiş olunacaq


Azərbaycanlıların soyqırımından bəhs edən tamaşa nümayiş olunacaq

29.03.2018 21:50
admin

Martın 31-i saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin "Ünvansız qatar" pyesi əsasında hazırlanmış tamaşa nümayiş olunacaqdır.

Tamaşa öz ata-baba yurdlarından didərgin düşmüş, Bakıya pənah gətirən soydaşlarımızın nisgilli və faciəli həyat həqiqətlərindən bəhs edir. Pyesin qəhrəmanları düşmən hücumundan və zülmündən qurtulub qaçmağı bacarmışdır. Lakin onlar hələ çıxdıqları yolun sonunu bilmirlər. "Ünvansız qatar" pyesinin qəhrəmanları ölümdən xilas olsalar belə yaşadıqları faciələr və daxili əzabları onları sıxır. 

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sona Qarayeva, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti Sona Mustafayevadır.

Tamaşada rolları Əməkdar artistlər Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Gülər Nəbiyeva, Naibə Allahverdiyeva, Kəmalə Hüseynova, Qəmər Məmmədova, Leyli Vəliyeva, Vahid Əliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Çarhanlı, Türkan Şahmarlı, Xalidə Əliməmmədova, Mehriban Hüseynova, Yasəmən Məmmədova, Xalidə Şərifova, İradə Rəşidova, Zemfira Əbdülsəmədova, Zülfiyyə Alhüseynova, Könül Əbilova, Gülbəniz Mustafayeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Nuriyyə Əliyeva, Vahid Orucoğlu, Ramil Məmmədov, Manaf Dadaşov, İlham Əsədov, Ədalət Əbdülsəməd, Dilarə Fərəcullayeva ifa edirlər.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *