20,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Bu filmlər məşhur yazıçılardan bəhs edir - SİYAHI


Bu filmlər məşhur yazıçılardan bəhs edir - SİYAHI

29.03.2018 22:05
admin

Milli.Az lent.az-a istinadən yazıçılarla haqqında çəkilmiş filmləri təqdim edir.

Saatlar

Rejissor: Stiven Doldri

3 qadının həyatının bir günü təsvir olunur. Qadınların səhər ayağa qalxmasından axşama qədər olan müddət.

Onların həyatı əsrlərə bölünür: Nikol Kidman depressiyalardan əziyyət çəkən və buna görə özünə qəsd etmək istəyən britaniyalı yazıçı Virciniya Vulfu oynayır. Culianna Mur 1951-ci ildən Los Ancelesdə yaşayan, eyni həyat tərzindən bezən Lora Braun adlı evdar qadın rolunu oynayır, Meril Stripin qəhrəmanı - homoseksual nəşr evinin redaktorudur. O 2001-ci ildən Nyu-Yorkda yaşayır, bütün bunlardan belə o əvvəlki sevgilisi - QİÇS xəstəliyindən əziyyət çəkən, Lora Braunun oğlu Riçarda baxır.

İlk baxışdan bir-birindən fərqli həyatlar əslində Virciniya Vulfun "Missis Dellouey" romanı ilə üzvü əlaqədədir. Vulfun romanı yazmaqla başlayır, Lora Braun özünün "ideal malikanəsində" bu romanı oxuyur. Və nəhayət, Missis Delouey - bu Meril Stripin oynadığı qəhrəmana verildiyi addır.

Ceyn Ostin

Rejissor: Culian Carrrold

Kənd keşişinin yoxsul qızının arzusu yazıçı olmaqdır. Bu arzu onu varlı qardaşının yanına çəkir. Halbuki Ceyn qardaşına heç cür isinə bilmir.

Valideynləri onun evlənməsini istəyir. 1795-ci il İngiltərəsində bundan başqa çıxış yox idi. Bu zamanlar Ceyn gənc Tomla tanış olur. Onun gözəlliyi və zəkası Ceynə maraqlı gəlir və beləliklə, qızın həyatı dəyişir. Onların arasında incə hislər boy verir. Gənclər evlənməyə qərar versələr də, tale onlara başqa bir yol cızır. Tomun dayısı bu izdivaca razı olmur. Tom Ceynə qaçmağı təklif edir. Bundan sonra film daha maraqlı bir xətlə davam edir.

Kapote

Rejissor: Bennet Miller

Amerikanın Kanzas ştatında sensasiyalı cinayət işlənir. Dörd nəfərin qatili bir evdə gizlənir. Bu hadisəni qəzetdən oxuyan Trumen Kapote qərar verir ki, "Nyu-Yorker" jurnalına bu haqda həqiqi bir məqalə yazsın. Tanınmış yazıçı cinayətin izinə düşür...

Markiz de Sadın mürəkkəbi

Rejissor: Filip Kaufman

Film yazıçının ömrünün son illərinə işıq tutur. XIX əsrin başlanğıcı. Markiz de Sadın provaksiya xarakterli yaradıcılığı çoxlarının həyatını dəyişib. Katolik keşişi Markizin təhlükəli olduğunu qeyd edir və onu axmaq hesab edir. Keşiş Markizin qızların məhəbbəti ilə mübarizə apardığını dilə gətirir.

Kafka

Rejissor: Stiven Soderberq

Sığorta şirkətində işləyən Kafkanın sakit həyat bir gün tamam dəyişir. Dostunun yoxa çıxmağı səbəbi ilə bir gün Kafka onun yerinə keçməli olur. Yazıçı şəhərin bütün partlayışlarına cavabdeh şəxsdir. Nəzarət üçün yeraltında partlayışlara cəhd olunur. Kafka içində olduğu təşkilatın dərinliyinə nüfuz etməyə çalışır.

Filmdə Kafkanın "Qəsr" və "Məhkəmə" romanlarının süjetindən də istifadə olunub.

Sonuncu stansiya

Rejissor: Maykl Hoffman

Tolstoyun ömrünün son günləri. Həyatla bağlı düşüncələri kəskin dəyişən yazıçı. Böyük yazıçı dinə üz tutur və həyatını sadə xalqa həsr edəcəyini açıqlayır.

Bu dəyişim çox adamla Tolstoy arasında intriqa yaradır. Evdə xanımı Sofiya da Tolstoyun dəyişdiyini qəbul edə bilmir. Və film faciəvi sonluqla başa çtır.

Nora

Rejissor: Pat Merfi

Film Ceyms Coysun həyatına işıq tutur. Onun Nora adlı xanımla tanış olması və onunla evlənməsi. Daha sonra evdəki söz-söhbətlər və s.

Günəş tutulması

Rejissor: Aqneşka Holand

Baş rolda Leonardo DiKaprio. Film dövrün iki böyük şairi Pol Verlen və Artur Rembonun münasibətlərinə işıq tutur. Onların arasındakı münasibət getdikcə daha da istiləşir və dramatik hal alır.

Bronte bacıları

Rejissor: Andre Teşine

Dörd məşhur yazıçı. Şarlotta, Brenuell, Emili və En... Bacılar bir yerdə qalırlar. Film onların gündəlik həyatına işıq tutur.

Uayld

Rejissor: Brayan Gilbert

Riçard Ellmannın "Oskar Uayld" kitabı əsasında çəkilib. Film Oskar Uayldın şəxsi həyatına işıq tutur.

Misima: Dörd hissəli həyat

Rejissor: Pol Şreder

Yapon yazıçısı Yukio Misimanın həyatı haqqında film. Misima özünümüfaiə qüvvələrinə qoşulur. Müharibədən sonrakı həyat. Samuraylar və dinlə əhatələnmiş Yaponiya. Misimanın xarakiri etməyi. Bütün bunlar filmdə təsvir olunur.

Aqata

Rejissor: Maykl Epted

Film məşhur detektiv yazıçının həyatı haqqındadır. 11 gün gözdən itən Aqati Kristi. Onu jurnalist anbaan izləyir...

Genius

Rejissor: Maykl Qrandaj

Məşhur redaktor Maksvel Perkinslə Tomas Vulfun münasibətləri haqqında film. Onların dostluğu həm də yeni ədəbiyyatın üfiqlərini açdı...

Heminqeuy və Gellhorn

Rejissor: Filip Kaufman

Heminqueylə müharibə müxbiri Martanın sevgi hekayəsi. Qadın müharibə reportajları ilə ölkəyə səs salmışdı. Tanışlıqlarından sonra İspaniyada vətəndaş müharibəsi başlayır. Heminqueylə Marta ora gedirlər və İspaniya vətəndaş müharibəsi haqqında yazılar yazırlar. 1940-cı ildə evlənirlər. İkisi də müharibə müxbiri kimi dünyada tanınır. Heminqeuy "Əcəl zəngi" romanını Martaya ithaf edir. Ancaq getdikcə şöhrət tapan Martanı yazıçı qısqanmağa başlayır. Yazıçı istəyir ki, Marta işindən ayrılsın. Marta isə daha da parlamağa başlayır və günlərin birində "Kassndra Federasiyası" dərnəyi açır. Bununla da münasibətləri korlanır və 5 illik evlilik sona çatır.

Silviya

Rejissor: Kristin Cefs

Film XX əsrin iki böyük siması - Silviya Plat və Teda Xyusun məhəbbəti haqqındadır. İlk tanışlıqda onlar arasında şiddətli eşq yaşanır.

Həyat yoldaşının gündəliyi

Rejissor: Aleksey Uçitel

2000-ci ilin filmi. Drama janrında. Yazıçı İvan Buninin sonuncu sevgisi və tənhalığı haqqında film.

Başqa Düma

Rejissor: Sefi Nebbu

1848-ci il. Aleksandr Düma ilə onun "ədəbi zənci"si yeni romanın üstündə gərgin iş görürlər. Siyasi baxışlarına görə həbsə düşən atasını xilas etmək üçün cazibədar bir qadın Dümanın yanına gəlir...

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *