3,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,3 AZN

описание


» » Azərbaycan teatrının "ƏSA"sından növbəti tamaşa nümayişi


Azərbaycan teatrının "ƏSA"sından növbəti tamaşa nümayişi

13.02.2018 19:50
admin

Azərbaycanın əlilliyi olan aktyorlardan ibarət inklüziv ƏSA Teatrı ictimaiyyətin və çoxsaylı tamaşaçı xahişlərini nəzərə alaraq, çoxdan gözlənilən "Adamlar və siçanlar - 2" tamaşasının nümayişini həyata keçirəcək. Dünya şöhrətli Amerika yazıçısı, Nobel və Pultizer mükafatı laureatı Con Steynbekin "Siçanlar və adamlar haqqında" povestinin motivləri əsasında hazırlanan tamaşanın nümayişi "Access Bank"ın baş sponsorluğu ilə 28 fevral saat 19:15-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində baş tutacaq.

İnsanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətləri aşılayan tamaşanın premyerası Akademik Opera və Balet Teatrında 19 dekabr 2017-ci ildə ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə reallaşıb. Ölkə ictimaiyyətinin rəğbətlə qarşıladığı "Adamlar və siçanlar" tamaşası bu dəfə fərqli quruluşda hazırlanaraq, "Adamlar və siçanlar - 2" adı ilə səhnə həyatı yaşayacaq.

Qeyd edək ki, ƏSA Teatrının anşlaqla keçən "Adamlar və siçanlar" tamaşasını Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, dövlət və hökumət rəsmiləri, eləcə də ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta, Bakıda akreditə olunmuş diplomatik korpusların nümayəndələri, İngiltərə, Türkiyə, Rusiya və Gürcüstandan Azərbaycana gələn qonaqlar izləyiblər.

"Adamlar və siçanlar - 2" tamaşasının quruluşçu rejissoru və bəstəkarı Nihad Qulamzadə, rejissoru Elşən Əsgərov, baş prodüseri və səhnə tərtibatçısı Nicat Qulam, işıq rəssamı Bünyamin Sailov, konsertmeysteri Fidan Babayeva və Elçin Hətəmli, qrafik dizayneri Tural Əlisoy, fotoqrafı Eltac Zeynalov, surdo (işarət dili) tərcüməçisi isə Nuranə Abıyevadır.

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, İmran Lalayev, Riyad Sultanov, Günay Məmmədova, Fərid Əliyev, Asim Səfərov, Sənan Fərzəliyev və Patti Smit canlandıracaq. Həmçinin tamaşa zamanı nitq məhdudiyyətli tamaşaçılar üçün işarət dili ilə sinxron tərcümə olacaq.

"Adamlar və siçanlar - 2" tamaşasının baş sponsoru ölkəmizin yerli Avropa Bankı sayılan "Access Bank"dır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *