22,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,3 AZN

описание


» » "Aktrisa olacağımı düşünmürdüm" -


"Aktrisa olacağımı düşünmürdüm" -

12.02.2018 22:46
admin

Zülfiyyə Qurbanova: "Dərsin ortasında məni göstərək, solaxaylar haqqında danışmağa başladı" 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Məktəb illəri hər birimizin həyatında ən gözəl, qayğısız, problemlərdən uzaq bir dövrdür. Hansı ki, həmin dövrdə yeganə narahatlığımız yaxşı qiymət almaq olur. Həyatın çətinliklərindən xəbərsiz olaraq, hər gün dərsimizi oxuyub, bəzən də oxumayıb məktəbə gedirik. Həmin illərdən bizə yadigar qalanlar xatirələrimizdir. Hansı ki, indi də onları yada salanda gülüb, "eh necə də şirin illərmiş" deyirik. Bu dəfə "Məktəb illəri" rubrikasının qonağı gənc aktrisa Zülfiyyə Qurbanovadır.
 
Zülfiyyə deyir ki, lap uşaq vaxtından incəsənətə marağı olub: "Düzdür, aktrisa olacağımı düşünmürdüm. Çünki çox yaxşı rəsm çəkirdim. Fikirləşirdim ki, məktəbi bitirdikdən sonra rəssamlığı davam etdirərəm. Amma necə oldusa, 11-ci sinifdə fikrim dəyişdi. Özümü rəssamlıqda yox, aktrisalıqda gördüm. Sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim və aktyorluq şöbəsinin Dram teatrı və kino aktyorluğu fakültəsinə qəbul oldum. Hərdən düşünürəm ki, nə yaxşı ki, bu sənəti seçmişəm".
 
Müsahibimiz universitet illərindən yadda qalan xatirəsini bizimlə bölüşdü: "Uşaq vaxtından solaxay yazan olmuşam. Bir dəfə dərsdə müəllimlərimizdən biri bunu gördü və dərsin ortasında məni göstərək, solaxaylar haqqında danışmağa başladı. Müəllimimiz dünyadakı solaxayların necə ağıllı, müdrik insan olduqlarını dedi. Düzü, həmin an çox sevindim və mən də özümü o insanlardan biri hesab edib, müəllimimizdən "mən də gələcəkdə onlar kimi ola bilərəmmi?" soruşdum. Müəllimimiz isə gülə-gülə "yox, Zülfiyyə, bəziləri istisnadır dedi".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *