22,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Azərbaycanlı aktrisa: "Açıq-saçıq rollara cəsarət etmirəm, ailəm var" - FOTO


Azərbaycanlı aktrisa: "Açıq-saçıq rollara cəsarət etmirəm, ailəm var" - FOTO

09.02.2018 21:15
admin

Aktrisa Günəş Mehdizadənin Milli.Az-a müsahibəsi.

- Günəş xanım, çəkildiyiniz seriallar həmişə gündəm olur. Bu ekran işlərinə daha çox sizə görə baxırlar, yoxsa əksinə?

- Xeyr, təkcə mənə görə baxırlar desəm, digər sənətçilərin əməyini, zəhmətini yerə vurmuş olaram. Əslində bütün personajlar sevilir. Bunu küçə çəkilişlərində daha açıq-aydın görmək olur.

- Serialda nəyi desələr etməzsiniz?

- Mən ssenarini götürəndə bilirəm ki, hansı obrazı oynayacağam. Obrazıma xələl gətirəcək bir şeyi oynamaram. Yəni şərəfsiz obrazını oynamazdım.

- Deməli mənfi xarakterləri sevmirsiniz..

- Xeyr, söhbət rolun mənfi yaxud müsbət olmasından getmir. Mən sadəcə müsbətin mənfi olmasına qarşıyam. Serialda hadisələr bir xətt üzərində getməlidir.

- Bəs sənətdə nəyi özünüzə qadağan etmisiniz?

- Açıq-saçıq səhnələrdən həmişə imtina etmişəm.

- Siz oynamayın, o oynamasın bəs açıq-saçıq rolda kim oynasın?

- Niyə ki, o qədər cəsarətli aktrisalarımız var ki. Əslində mən buna cəsarət kimi baxıram. Onu kim edirsə, pis baxmıram. Amma gəlin etiraf edək ki, bizim mentalitete, şəxsi həyata xələl gətirir.

- O zaman belə çıxır ki, Günəş Mehdizadə cəsarətsiz aktrisadır.

- Bəzi hallarda hə.

- Bəs bu cəsarətsizlik sənət nöqteyi-nəzərindən bəzi şeylərin qarşısını almır?

- Əlbəttə ki, alır. Bunu dəyişmək üçün ilk növbədə cəmiyyətimizin dünyagörüşünü dəyişməliyik. Amma fakt öz yerində qalır. Mən buna məcburam, kimsə məcbur olmayıb çəkilə bilər.

- Bəs bir aktrisa kimi necə, o tip rolları yarada bilərsiniz?

- Əlbəttə, yarada bilərəm. Sadəcə ailəm var, öhdəçiliklərim var. Mən bilirəm ki, hazırda səhv fikir deyirəm. Sən bu sənəti seçmisənsə, hər bir rolu oynamalısan. Sadəcə mən bunu bacarmıram.

- Niyə gənclər teatrdan daha çox seriallara həvəs göstərir?

- Teatrın verdiyi enerjini heç yerdən almaq olmaz. Təsəvvür edin ki, sizin filminizin qalasıdır və siz filminizi izləyirsiniz. Bu əvəzolunmaz hisslərdir.

- Bəs niyə teatrda çalışmırsınız?

- Mənim istədiyim teatr yaransa, mən gedib işləyərəm.

- Necə bir teatr arzulayırsınız?

- Mən eksperimental teatrı sevirəm.

- Bu xüsusiyyətlərinizə görə haqqınızda özündən razı sözünü eşitmisiniz?

- Mən həmişə stereotipləri qırmaq istəmişəm. Deyiblər ki, bu belədir demişəm ki, bu cür olsa, daha yaxşı olar.

- Aktrisa olmağınız şəxsi həyatınızda qısqanclıq yaradır?

- Hər halda yüngül qısqanclıqlar olur. Amma ifrat dərəcəsində olmur.

- Həmkarlarınız çox bahalı, lüks həyat yaşayır. Günəş Mehdizadə yüksək gəlir əldə edən aktrisaları qısqanmır ki?

- Xeyr, niyə qısqanmalıyam ki? Hər bir aktyor, aktrisa öz qiymətini bilməlidir. Aktyor pulsuz çəkilməməlidir. Heç vaxt pulsuz çəkilmərəm. Mən heç vaxt kiçik məbləğdə çəkilməmişəm. O lüks həyatlara gəldikdə isə.. Bizim sənətlə bahalı, lüks həyat yaşamaq qeyri-mümkündür.

Əli Rəhimoğlu

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *