2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,3 AZN

описание


» » Həyat yoldaşını itirən "Moşu Göyəzənli" - "Onsuz çox çətindir"


Həyat yoldaşını itirən "Moşu Göyəzənli" - "Onsuz çox çətindir"

08.02.2018 20:40
admin

Hamımızın "Bəxt üzüyü" filmindən "Moşu Göyəzənli" obrazı ilə tanıdığımız xalq artisti Valeh Kərimov işsiz qalıb. O filmlərdən, seriallardan təklif almadığını deyir.

Milli.Az bildirir ki, pressclub.az-a danışan, aktyor deyir ki, işlədiyi Sumqayıt dövlət teatrından yaşı ilə əlaqədar çıxarılıb: "Hansısa filmə, seriallarda oynamağa dəvət etmirlər. Sənət adamı da belədir ki, işi ilə məşğul olmasa, darıxır. Mən də evdə oturmuşam, darıxmaqla məşğulam".

İki ilə yaxındır ki, həyat yoldaşı vəfat edən V.Kərimov qeyd edir ki, yoldaşının yoxluğu da onu incidir: "O mənim üçün dost idi, sirdaş idi. Mən yoldaşımın timsalında yaxın sirdaşımı itirdim. Onsuz çox çətindir. Nə bilim, Allah nə qədər ömür verib, onu yaşayacağıq. Başqa nə deyim...".

Qeyd edək ki, xalq artistinin həyat yoldaşı Zöhrə Kərimova bədbəxt hadisə nəticəsində vəfat etmişdi. Z.Kərimova mayın 30-da səhər saatlarında küçədə yıxılıb və başı daşa dəyib. Bundan sonra o, dünyasını dəyişib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *