1,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,3 AZN

описание


» » Azərbaycanlı aktrisa əsəbləşdi: "Onları Allahın ixtiyarına buraxıram" - FOTO


Azərbaycanlı aktrisa əsəbləşdi: "Onları Allahın ixtiyarına buraxıram" - FOTO

08.02.2018 21:01
admin

Aktrisa Ülviyyə Xəlilbəylinin Milli.Az-a müsahibəsi.

- Ülviyyə, bir neçə serialda çəkilirsiniz. "Vicdan haqqı" serialında Nərgiz, "Qız atası" serialında isə Mədinə obrazlarını oynayırsınız. Bəs, əslində, Ülviyyə kimdir?

- Ülviyyə Xəlilbəyli zəhmətkeş, sadə, sadiq, öz üzərində çalışan bir insandır.

- Kimə sadiqsiniz?

- Dostluğda, bir sözlə hər şeydə sadiqəm.

- Sizə sadiq olmayan adamlar olub həyatınızda?

- Bəli, olub.

- Bəs onları necə cəzalandırırsınız?

- Onları Allahın ixtiyarına buraxmışam.

- Sizin kimi gözəl, işini bacaran xanım aktrisalar çoxdur. Siz özünüzü uğurlu aktrisa sayırsınızmı?

- O üzrə addımlayıram, amma özümü, hələ ki, tam uğurlu aktrisa heab etmirəm.Ola bilər ki, yaxşı yerdəyəm, amma bundan da yaxşı yerdə ola bilərəm.

- Bəs sizin üçün uğurlu aktrisa kimdir?

- Mən istədiyim pillədə olan birisi yoxdur.

- Deməli, azərbaycanlı aktrisalar Ülviyyəni qane etmir?

- Xeyr, qane etmir başqa şeydir. Siz dediniz ki, pillə, tutduğu yer. Hələ ora çatan olmayıb.

- İncəsənət universitetini bitirmisiniz?

- Xeyr, Rəssamlıq Akademiyasını bitirmişəm.

- Bəs necə oldu ki, aktrisa olmağa qərar verdiniz?

- Əslində, bu təsadüfən baş verib. Mən heç vaxt aktrisa olmaq istəməmişəm. 2010-cu ildə mən televiziyalardan birində teleaparıcı kimi çalışırdım. Prodakşın rəhbəri dedi ki, gəl səni aktrisa kimi çəkək. Mən, sözün düzü, istəmirdim. Dedim ki, bir dəfə sınayım da özümü, bəlkə məndə nə isə var bilmirəm? Elə oldu ki, çəkildim, o serialda da Ramin Hacıyevlə tanış oldum. Aktrisa kimi məni o kəşf etdi.

- "Vicdan haqqı" serialında oğlana qoşulub qaçırsınız. Real həyatda Ülviyyə öz sevdiyi oğlana qoşulub qaça bilərmi?

- Real həyatda mən o qədər risk edə bilmərəm. Onu etmərəm heç vaxt.

- Deməli, hələ o qədər sevməmisiz?

- Xeyr, bu sevgi deyil. Başqa bir şeydir.

- Deməli, sevmisiz?

- Bəli, sevmişəm. Hələ də sevirəm.

- Qorxmursunuzmu sevginizi etiraf etdiyinizə görə fanatlarınız, izləyiciləriniz azalar?

- Xeyr, niyə azalır ki? Sevgim çoxdur, paylaşmağı bacarıram. Amma özəl insana olan sevgi tamam başqa bir şeydir.

- Kimi itirməkdən qorxursunuz?

- Əlbəttə ki, yaxınlarımı.

- Sizdən asılı olmayan nələr sizi incidir?

- Çox çətin sualdır. Bu suala cavab verə bilməyəcəyəm.

- Tez-tez peşman olursunuz?

- Xeyr, nadir hallarda peşman oluram.

- Sizi nə peşman edə bilər?

- Lazımsız insana verdiyim dəyər. Burda həm dəyərdən, həm də vaxt itkisindən söhbət gedir. Həm də bir çox şeylərdən.

- Yalnız seriallarda çəkilirsiniz. Bəs filmlərdə oynayan aktrisalara qarşı qısqanclığınız yaranmır ki?

- Xeyr, qısqanc deyiləm. Hər kəsin öz ruzisi var. Yəqin ki, rejissorlar onları məsləhət görüb çəkir. Sözün düzü, filmdə çəkilmək üçün təklif almışam, amma mənə uyğun bir rol olmayıb. Amma gec başlayacağam, güc olacaq.

Əli Rəhimoğlu
Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *