29,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,27 AZN

описание


» » Gürcü rejissoru Musiqili Teatrda


Gürcü rejissoru Musiqili Teatrda

07.02.2018 13:44
admin

Sandro Axmeteli adına Tbilisi Dövlət Dram Teatrının baş rejissoru, Gürcüstan teatrının tanınmış sənət ustası İrakli Gogia Azərbaycan Dövlət Musiqili Teatrında olub.

Qurumun mətbuat xidmətindən bildirilib ki, hörmətli qonağı  Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə Gürcüstan və Azərbaycan teatrları arasındakı ikitərəfli əməkdaşlığın inkişafı, qarşılıqlı qastrol səfərlərinin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İrakli Gogia Azərbaycan və türkdilli ölkələrin örnək ola bilən teatrları ilə rəhbərlik etdiyi teatrın sıx əməkdaşlığının yaradılması təklifi ilə çıxış edib. O, Musiqili Teatrda böyük dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin "Mənim günahım" pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşaya da baxıb. Tanınmış teatr xadimi fikirlərini xoş təssüratlarla dilə gətirib: "Zaqafqaziyada möhtəşəmliyi ilə seçilən Azərbaycan Dövlət Musiqili Teatrında tamaşa seyr etmək sözün əsl mənasında, mənə zövq verdi. Yaradıcı heyətin gərgin əməyinin açıq-aşkar göründüyü bu sanballı səhnə əsərini yaxın gələcəkdə bizim teatrlarda da görmək istəyirəm. Əslində bu tamaşanın rejissoru İradə Gözəlova ilə uzun illərdir ki, bir-birimizi tanıyırıq, dostluq və işgüzar münasibətlərimiz var. Gürcü teatrları hər zaman Azərbaycan rejissorlarının quruluş verdiyi tamaşaları Gürcüstan teatrlarının səhnəsində görmək arzusundadır".

Əliqismət Lalayev istedadlı gürcü rejissorunun irəli sürdüyü təklifləri müsbət qarşılayaraq mövcud əlaqələri yüksək qiymətləndirib və bu münasibətlərin gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrin inkişafına daha da təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *