9,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,3 AZN

описание


» » Hüseyn Cavidin "Ana" əsəri ADGTT-nın səhnəsində...


Hüseyn Cavidin "Ana" əsəri ADGTT-nın səhnəsində...

06.02.2018 20:20
admin

Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci il üçün daha bir yeni tamaşanın məşqləri start götürüb. Bu dəfə teatrın yaradıcı heyəti böyük dramaturq və şair Hüseyn Cavidin "Ana" pyesi əsasında hazırlanacaq eyniadlı tamaşada çıxış edəcəklər.

"H. Cavid dramaturgiyası, onun qəhrəmanlarının həyatı və geniş dünyagörüşü kollektiv və tamaşaçı kütləsi tərəfindən həmişə böyük sevgi və məhəbbətlə yad olunur. Çünki, Cavidin qəhrəmanları, onun fəlsəfəsi insanı daima düşündürür, onları sanki saflaşdırır. Ümid edirəm ki, "Ana" tamaşası da teatrımızın repertuarında özünə möhkəm yer tutacaq, hələ uzun illər tamaşaçılar tərəfindən sevgi ilə baxılacaq. Bu tamaşa həm də teatrmızın istedadlı aktrisası, Əməkdar artist Nübar Novruzovanın 60 illik yubileyi ilə əlaqədar aktrisanın benefis-tamaşası olacaqdır"- deyə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov ilk məşq günü yaradıcı heyətə xeyir-dua verərkən söyləmişdir.

Yeni səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.

Tamaşada əsas obrazları Əməkdar Artist Nübar Novruzova, aktyorlar İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva , Aydın Dəmirov canlandıracaqlar.

Tamaşanın premyerası aprel ayında reallaşacaq.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *