3,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,3 AZN

описание


» » ADGTT-nın tamaşası Rusiyanın məşhur teatr jurnalında


ADGTT-nın tamaşası Rusiyanın məşhur teatr jurnalında

06.02.2018 20:40
admin

Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının "Strastnoy bulvar 10" jurnalında Rusiya Federasiyasının Elista şəhərində (Kalmıkiya Respublikası) keçirilən "Keyeda" uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalına həsr edilən məqalə dərc edilmişdir. Xəbər verdiyimiz kimi oktyabrın 1-dən 5-ə dək keçirilən Beynəlxalq Festivalda ölkəmiz ADGTT-nın hazırladığı A.Şaiqin "Tıq-tıq xanım"  tamaşası ilə təmsil olunmuşdu. Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının  və Kalmıkiya Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival və tədbir çərçivəsində nümayiş olunan tamaşalar haqqında geniş şərhlərdən ibarət olan məqalədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının festivalda iştirakı və təqdim etdiyi tamaşa haqqında müsbət rəylər yazılmışdır. Yazıda B.Basqanov adına Kalmık Milli Dram Teatrı ilə ADGTT-nın yaradıcılıq əlaqələri, aktyorlarımız Elnur Kərimov, Günel Məmmədovanın tamaşada xüsusi aktyor tapıntıları və tamaşaçı simpatiyası qazanmaları, Xalq artisti Ağaxan Salmanlının oyunu və rejissor kimi bacarığı, həmçinin tamaşada rol alan aktyorlarımız İlham Əsədov, Elnur Hüseynov, Müşfiq Əliyev, Elşən Şıxəliyev, Aygün Fətullayevanın yaratdıqları obrazlar yüksək dəyərləndirilmişdir. Məqalədə vurğulanmışdır ki, aktyorların mükəmməl oyun bacarıqları, səhnədə yüksək sənətkarlıq nümayiş etdirmələri tamaşaya xüsusi hiss və enerji bəxş etmişdir.

Qeyd edək ki, kollektiv festivaldan diplomlar və fəxri fərmanlarla geri dönmüşdü. ADGTT-nın festivalda iştirak edən heyəti aktiv iştirakına, yüksək peşəkarlıq və yeniyetmələrlə peşəkar ünsiyyətə görə Elista şəhərinin Təhsil İdarəsinin Fəxri fərmanı, gənc nəslin təlim tərbiyəsində milli dəyərlərin yüksək səviyyədə qorunması və teatr sənətinin estetikasının düzgün çatdırılmasına görə Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqının diplomuna layiq görülüb.

Festivalda nümayiş olunan A.Şaiqin "Tıq-tıq" tamaşası isə xüsusi diploma layiq görülüb.

Diqqətə çatdıraq ki, jurnal Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı tərəfindən 1997-ci ildə təsis edilmişdir və Rusiyada baş verən teatr prosesləri haqqında ən son məlumat və görkəmli teatr xadimlərinin yaradıcılığını özündə əks etdirən populyar nəşrdir.

Məqalə ilə ətraflı şəkildə aşağıdakı linkdə tanış ola bilərsiniz

http://strast10.ru/node/4463

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *