3,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,3 AZN

описание


» » Azərbaycanlı parodiya ustası: "Mən onlar kimi təhqirə yol vermirəm" - FOTO


Azərbaycanlı parodiya ustası: "Mən onlar kimi təhqirə yol vermirəm" - FOTO

06.02.2018 21:01
admin

Aktyor Nofəl Şahlaroğlunun Milli.Az-a müsahibəsi.

- Nofəl Şahlaroğlu, 1 cümlədə özünüzü tamaşaçılara necə təqdim edə bilərsiniz?

- Filologiya elmləri üzrə fəlsəfə doktoru, imitator-parodist, balaca aktyor və potensial tamaşaçı.

- Niyə özünüzə balaca aktyor deyirsiniz?

- 1.70 boyum var. Hələ də öyrənirik. Çünki Nofəl xalq artisti Şahlar Quliyevin oğludur. Əgər o böyük aktyordursa, məntiqlə mən onun yanında balaca aktyor olmalıyam.

- Sözün düzü, elmi sahədə çalışmağınızı bilmirdim.

- Elmi işlə  məşğul oldum, aspiranturanı, magistrı bitirdim. İndi sırf elmlə məşğul olmuram, sadəcə olaraq alimlik dərəcəsi almışam.

- Sizə alim aktyor demək olar?

- İstəyirsiniz aktyor alim deyin, fərq etmir (gülür). Bəli, yeganə imitatoram ki, aliməm.

- Alimlikdən aktyorluğa keçidinizin əsas səbəbi nə idi?

- Hansısa filmdə çəkiləndə mənim filoloq olmağım birbaşa kömək edir. Dəfələrlə olub ki, mən özümdən yaşca böyük aktyora demişəm ki, filan söz belə səslənmir. Bu sözün mənası bu deyil. Ümumiyyətlə, filologiya elə bir elmdir ki, hər bir sahə ilə bilavasitə bağlıdır.

- "Məlikməmməd və Ziba" filmində baş rolu oynamısınız. Həm də bildiyim qədərilə filmin ssenari müəllifi də sizsiniz.

- Mən bu filmin mətnini sosial şəbəkədə yazmışdım və gördüm ki, çox maraq cəlb edir. Fikirləşdim ki, niyə də bu personajın bir filmi olmasın? Təbii ki, bunu beynimdə düz-qoş edəndən sonra rejissor Ruslan Hüseynov filmi ərsəyə gətirdi.

- Aktyorluqdan əldə etdiyiniz gəlir sizi nə dərəcədə qane edir?

- "Məlikməmməd və Ziba" statistik rəqəmə görə mənim 10-cu filmimdir. Hesab etsək ki, bir çox seriallarda, filmlərdə, tamaşalarda oynamışam bu mənada pis bir nəticə deyil. Onsuz da aktyor heç bir zaman milyonçu olmur. Söhbət ölkəmizdə fəaliyyət göstərən aktyorlardan gedir.

- Siz həm də peşəkar parodiyalar edirsiniz. Parodiyalarınızdan inciyənlər olub?

- Mən ilk növbədə imitasiyanı sevirəm. İmitasiya parodiyadan da yüksəkdir, çətindir. Bunu bizim ustadlarımız da təsdiq edə bilər. O ustadlar mənə həmişə yol göstərib. Heç kim məndən inciməyib. Çünki mən bəzi aktyorlar kimi tənqidə və təhqirə yol vermirəm. Mən heç kimi təhqir etməmişəm. Təhqir etmədiyim insan məndən niyə inciməlidir ki?

- Hansı imitasiyanızı ən yaxşısı hesab edirsiniz?

- Mən bilmirəm axı 38 yaşımda kimi yamsılaya bilərəm? Ola bilər ki, 38 yaşımda elə bir şəxsi imitasiya edim ki, bu mənim etdiyim ən gözəl imitasiya olsun. Bunlar hamısı nisbi şeylərdir. Amma bu vaxta qədər sevdiyim imitasiya Yaşar Nurininki olub. Allah ona qəni-qəni rəhmət etsin. O həm də mənə çox yaxın bir insan olub.

Əli Rəhimoğlu

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *