28,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,27 AZN

описание


» » Alsu Bakıya gəlir - Sərgidə iştirak etmək üçün


Alsu Bakıya gəlir - Sərgidə iştirak etmək üçün

06.02.2018 11:11
admin

Bu gün Muzey mərkəzinin Sərgi qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü rəssam Firəngiz Hüseynovanın sərgisinin açılışı baş tutacaq.

Sərginin açılışında 100-ə yaxın əsər nümayiş etdiriləcək. Sərgi əsasən rəsm tablolarından ibarət olsa da burada, həmçinin ipək üzərindən naxış işləmələri və qrafika da yer alıb. Bu Firəngiz Hüseynovanın sayca artıq ikinci fərdi sərgisidir - rəssamın ilk sərgisi 2009-cu ildə keçirilib. O, həmçinin, xarici ölkələrdə keçirilmiş bir sıra müştərək sərgilərin də iştirakçısı olub. Firəngiz Hüseynovanın əsərləri Almaniya, Rusiya, ABŞ, İsrail, Çin, İspaniya kimi ölkələrdə fərdi kolleksiyalarda saxlanılır.

Atv.az xəbər verir ki, ilk sərgidə olduğu kimi onun bu sərgisinə də məşhur Rusiya müğənnisi Alsu təşrif buyuracaq.

Xatırladaq ki 2009-cu ildə keçirilən sərgiyə müğənni öz həyat yoldaşı, əslən bakılı olan Yan Abramovla birgə gəlmişdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *