29,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,28 AZN

описание


» » Əliqismət Lalayev İranda teatr festivalının münsiflər heyətində


Əliqismət Lalayev İranda teatr festivalının münsiflər heyətində

17.01.2018 19:20
admin

Artıq  bir çox müxtəlif nüfuzlu beynəlxalq teatr və musiqi festivallarında münsif qismində iştirak edən Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi, rejissor Əliqismət Lalayev İran İslam Respublikasında keçiriləcək 36-ci Beynəlxalq "Fəcr" festivalına dəvət edilib.

Bu məqsədlə 21 yanvar tarixində tanınmış rejissor Tehrana  səfər edəcək. Əliqismət Lalayev İran İslam Respublikasının Dramatik İncəsənət Mərkəzinin rəsmi dəvəti ilə qonşu ölkədə dünyanın təqribən 20 ölkəsinin təmsil olunduğu  sənət yarışmasında ekspert kimi iştirak edəcək.

Xatırladaq ki, bundan  öncəki - 35-ci Beynəlxalq  Fəcr  festivalında  Musiqili Teatrın yaradıcı heyəti dahi Üzeyir Hacıbəylinin məşhur "Ər və arvad" iki hissəli musiqili komediyasını  Təbrizdə  nümayiş etdirib. Anşlaqla keçən  səhnə əsəri festival təşkilatçıları və Təbrizli tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb, Onların  xahişi ilə festival proqramından əlavə "Ər və arvad" tamaşası  ikinci dəfə tamaşaşılara təqdim edilib. Teatr kollektivinin  üç üzvü bu möhtəşəm festivaldan vətənə mükafatla qayıdıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *