11,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,72 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » “Milli Qəhrəman Mədət Quliyevdən mükafat almaq şərəfdir”


“Milli Qəhrəman Mədət Quliyevdən mükafat almaq şərəfdir”

12.01.2018 13:20
admin

Milli Qəhrəman Mədət Quliyevdən mükafat almaq şərəfdir.

Milli.Az xəbər verir ki, bu sözləri rəhbərlik etdiyi kollektivin ötənilki uğurlarından danışan Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev mətbuata açıqlamasında bildirib.

Əliqismət Lalayev qeyd edib ki, əməyə görə mükafatlar həmişə qürurvericidir :

"Mən çox mükafatlara layiq görülmüşəm. Hər bir mükafatın taleyimdə özəl yeri var. Bu mükafat yaradıcı əməyimə verilən qiymət kimi hər dəfə mənə dünyaları bəxş  edib. Ötən ilin sonunda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevin imzası ilə DTX-nın Mədəniyyət Mərkəzində bədii yaradıcılığın inkişafına verdiyimiz töhfələrə və burada keçirilən tədbirlərin hazırlanmasında yaxından kömək göstərdiyimizə görə təqdim olunan "Fəxri fərman" isə mənə xüsusi sevinc gətirdi. Bu mükafatlar bizim kollektivin əməyinə verilən qiymət idi, həm də bu mükafatı Milli Qəhramanımız, yaradıcı insanlara həmişə böyük qayğı ilə yanaşan, teatrımızın tamaşalarına da böyük maraqla gələn Mədət Quliyev özü mənə təqdim etdi. Çox gözlənilməz oldu, amma çox da böyük sevinc doğurdu, qürur duydum. Milli Qəhrəmandan mükafat qəbul etmək çox böyük şərəfdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *