11,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,72 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » Elza İbrahimovanın anım mərasimi keçirilib - FOTO


Elza İbrahimovanın anım mərasimi keçirilib - FOTO

11.01.2018 11:33
admin

Bəstəkar, xalq artisti Elza İbrahimovanın doğum günü olub. Bu münasibətlə mədəniyyət və incəsənət xadimləri II Fəxri xiyabana yollanaraq bəstəkarın məzarını ziyarət ediblər. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, anım mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bəstəkarın həyat və fəaliyyətindən danışıb.

Nazir müavini qeyd edib ki, Elza İbrahimova Azərbaycan bəstəkarlıq məktəbinin parlaq ulduzlarından biridir: 

"Elza İbrahimova 1938-ci il yanvar ayının 10-da Hacıqabul rayonunda ziyalı ailəsində anadan olub. İlk musiqi təhsilini Bakı şəhərində 8 nömrəli musiqi məktəbində alıb. 1953-1957-ci illərdə Asəf Zeynallı adına Musiqi kollecində oxuyub. 1957-1964-cü illərdə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında böyük bəstəkar Qara Qarayevin sinfində təhsilini davam etdirib".

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artist Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi çıxış edərək Elza İbrahimovanın həyat və fəaliyyətindən danışıblar.

Mərasimdə çıxış edən bəstəkarın qardaşı Çingiz İbrahimov göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *