19,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,26 AZN

описание


» » Gənc Tamaşaçıların 2017-si...


Gənc Tamaşaçıların 2017-si...

06.01.2018 17:36
admin

Ötən, yola saldığımız 2017-ci il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti üçün məhsuldar, unudulmaz səfərlər və premyeralarla əlamətdar il kimi yadda qalıb. İl ərzində teatr yeni səhnə əsərləri, premyeralarla tamaşaçıların görüşünə gəlib.

Görkəmli italyan uşaq yazıçısı Canni Rodarinin eyniadlı əsəri əsasında ərsəyə gələn "Çipollino", Əməkdar artist Lətifə Əliyevanın anadan olmasının 70 illik yubileyi münasibətilə hazırlanan "Vurğuna vurğun gəlin", Məhəmməd Füzulinin məşhur "Leyli və Məcnun" poeması əsasında ilk dəfə olaraq dramatik janrda hazırlanan eyniadlı səhnə əsəri, Xalq nağılı "Məlikməmməd" əsasında hazırlanan eyniadlı tamaşa, İsveç Krallığının Azərbaycandakı Səfirliyi və Azərcell şirkətinin birgə layihəsi əsasında hazırlanan "Uzuncorab Pippi" , Əli Əmirlinin "Ünvansız qatar" , Teatrın iki qocaman sənətkarı, Xalq artistləri Ağaxan Salmanlının 75, Yasin Qarayevin anadan olmasının 70 illik yubileylərinə hazırlanan "Açarını itirənlər", 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "heykəltəraşlıq" fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş "Yarımçıq qalmış..." , yazıçı-dramaturq T.Vəliyevanın "Xəyanət" povesti əsasında "Cəza" adlı mono-tamaşa, Bakı Yunis Əmrə İnstitutu ilə birgə layihə "Eşqi - Nigar" (Koroğlu dastanı əsasında), Conatan Sviftin məşhur "Qulliver Cırtdanlar ölkəsində" əsəri əsasında eyniadlı tamaşa, R.Hovardın "Qrinç", H.Andersenin "Qar kraliçası" və Sten Linin "Hörümçək adam " tamaşaları teatsevərtlər tərəfindən maraqla qarşılanıb.

Bundan əlavə teatrın kollektivi il ərzində aprel ayının 19-dan 30-dək Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar, Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar və Çeçenistan Respublikası Dövlət Gənc Tamaşaçılar Teatrında qastrol səfərində olmuşdur. Səfər çərçivəsində gənc yazar Pərvinin "Dəcəl keçi" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib. Qastrol çərçivəsində ADGTT-nın direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti, Əməkdar incəsənət xadimi Mübariz Həmidov Gürcüstan və Rusiya ASSİTEJ Milli Mərkəzlərinin rəhbərləri ilə görüşüb.Qarşılıqlı səfərlərin şərtlərinə əsasən cari ilin may ayının 5-7 tarixlərində Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrı A.Axmatovanın "Сказка о золотом скакуне", 19-21 may tarixlərində isə Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı L.Titova və A.Starotorjskiyin "Королевская корова" tamaşası ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olaraq Bakı tamaşaçılarını sevindiriblər. Bundan əlavə teatrın baş rejissoru , Əməkdar incəsənət xadimi Bəhram Osmanov may ayının 26-dan-31-dək Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının Milli teatrlar kabinetinin Rusiya Teatr Rejissorları Gildiyasının birgə təşkilatçılığı ilə Moskvada keçirilən Teatr Rejissorları Gildiyasının II Assambleyasında iştirak etmişdir.  Yaradıcı heyət iyun ayının 27-dən iyulun 3-dək Belarus Respublikasının Mogilyovsk vilayətinin Bobruysk şəhərində keçirilən XIV "Dostluq çələngi" adı Beynəlxalq Xalq Yaradıcılığı Festivalında iştirak edib . Kineşmada 20-27 aprel tarixlərində keçirilən "Hərarətli ürək" II Beynəlxalq teatr festivalı, 12-18 iyun tarixlərində Astanada keçirilən "Səhnədən salam" V Beynəlxalq teatr festivalı, sentyabr ayının 7-dən 14-dək Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI "Tuqanlıq" Beynəlxalq Teatr Festivalı, oktyabrın 1-dən 5-ə dək Rusiya Federasiyasının Elista şəhərində (Kalmıkiya Respublikası) keçirilən "Keyeda" uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında , oktyabr ayının 3-dən 9-dək Ukrayna Respublikasının Kiyev şəhərində keçirilən "Mariya" adlı Beynəlxalq mono tamaşalar və oktyabrın 25-dən 28-dək Rusiyanın Nijnevartovsk şəhərində keçirilən "Şimal görüşləri" V Beynəlxalq Teatr Festivalında uğurla iştirak edərək Azərbaycan teatrını layiqincə təmsil və təbliğ etmişdir. Bütövlükdə ADGTT ötən 2017-ci ildə 14 ölkədə qastrol və Beynəlxalq festivallarda çıxış etmişdir.

Qarşıdan gələn 2018-ci ilə teatrın kollektivi böyük yaradıcılıq potensialı ilə qədəm qoyur. İnanırıq ki, özünün 90 illik yubileyini qeyd etməyə hazırlaşan teatrımızın tamaşaçıları bu mövsümdə də sevgi və alqışları ilə bizimlə olacaqlar.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *