11,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » Aktyor teatr direktorunu məhkəmədə uddu,


Aktyor teatr direktorunu məhkəmədə uddu,

05.01.2018 14:55
admin

Binəqədi Rayon Məhkəməsi İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Əjdər Zeynalovun işə bərpa olunması haqqında qərar çıxarıb.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya aktyor özü məlumat verib. O, qeyd edib ki, hakim Almaz Orucova qarşı tərəfin iddialarını qəbul etməyərək, onun xeyrinə qərar çıxarıb: "Məhkəmə üç aya yaxın idi davam edirdi. Çox sevinirəm ki, hakim ədalətli qərar çıxardı, mənim işə bərpa olunmağım haqqında məhkəmə qərarını elan etdi. Sübut olundu ki, teatrın direktoru İftixar Piriyevin iddiaları qondarmadır. İftixar Piriyevin daha yüksək instansiyalı məhkəmələrə müraciət etmək hüququ var. İnanıram ki, digər məhkəmələr də ədalətin bərpa olunması haqqında qərar çıxaracaqlar". 

Qeyd edək ki, bir müddət əvvəl İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev aktyor Əjdər Zeynalovu teatrın daxili-qayda qanunlarını və nizam-intizamı pozduğunu əsas gətirərək onu işdən azad etmişdi. Aktyor Əjdər Zeynalov isə bununla bağlı məhkəməyə müraciət etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *