7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » 30 milyona yaxın insanın iştirakı ilə baş tutan Ərbəin yürüşü haqqında film çəkilib


30 milyona yaxın insanın iştirakı ilə baş tutan Ərbəin yürüşü haqqında film çəkilib

05.01.2018 11:35
admin

2017-ci ildə dünyanın müxtəlif ölkələrindən 30 milyona yaxın insanın iştirakı ilə baş tutan Ərbəin yürüşü haqqında sənədli film çəkilib.

Türkiyədə fəaliyyət göstərən "Doruk medya"nın sifarişi ilə Azərbaycanda fəaliyyət göstərən "Çıraq media"da istehsal olunan sənədli filmin rejissoru Kamal Yaşar, operatoru Müşfiq Məmmədovdur. Film müsəlman təqvimi ilə Məhərrəm ayında baş tutan və dünyanın müxtəlif ölkələrindən təxminən 30 milyon civarında insan izdihamının iştirak etdiyi Ərbəin yürüşü haqqındadır. Bu yürüşün ən maraqlı tərəflərindən biri dünyanın fərqli yerlərindən bir məram uğruna toplaşan milyonlarlarla insanın gecə-gündüz demədən günlərlə eyni yolda addımlamaları və yol boyu olduqca maraqlı bir prosesdə bütövləşmələridir. Bu piyada yürüş, əsasən, iki şəhər - Nəcəf və Kərbəla arasında baş tutur ki, burada da insanlar yol boyu bir çox maraqlı hadisələrə şahidlik edir.

İşin maraqlı tərəflərindən biri budur ki, günlərlə davam edən bu proses zamanı milyonlarla insan bütün şəhərlərdə, yollarda heç bir ödəniş etmədən qidalanır. Bu qidalar yerli əhali və dünyanın fərqli yerlərindən gələn xeyriyyəçi insanlar tərəfindən təşkil olunur. Qidadan əlavə yol boyu zəvvarların geyim, təmizlik və.s kimi ehtiyaclarını təmin etməsi üçün də təmənnasız şəkildə xidmətlər təklif olunur. Bundan əlavə iki şəhər arasında təxminən 4 günə piyada qət edilən 100 kilometrə yaxın məsafədə yol boyu hadisəni xarakterizə edən teatral səhnələr, musiqili ifalar təqdim olunur. Xronometrajı 50 dəqiqə olan filmdə proses zamanı yaşanan ən maraqlı məqamlar bütün detalları ilə lentə alınıb. Filmin çəkilişləri 6 şəhərdə 9 gün ərzində baş tutub. Heç bir musiqidən istifadə edilmədən tam naturallığın çatdırılması üçün təbii interküylə işlənən film "reportaj və sənədli tipli yol filmi" kimi xarakteriə oluna bilər.

https://www.youtube.com/watch?v=fppcT39R1BI 

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *