8,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » Xalq artisti: "Gənclikdə bizdən istifadə edib, qocalanda çölə atmalıdırlar?" - FOTO


Xalq artisti: "Gənclikdə bizdən istifadə edib, qocalanda çölə atmalıdırlar?" - FOTO

27.12.2017 21:07
admin

Xalq artisti Yasin Qarayevin Milli.Az-a müsahibəsi.

- Yasin müəllim, sizi nə efirlərdə, nə də heç bir film və serialda görmürük. Buna səbəb nədir?

- Hamı elə bilir ki, Yasin Qarayev sənət fəaliyyətini dayandırıb. Xeyr, belə bir şey yoxdur. Özümə lazım biləndə həm efirlərə çıxıram, həm də film və seriallarda çəkilirəm. Bir sözlə fəaliyyətimi davam etdirirəm. Neçə-neçə seriallara dəvət gəlir. Amma getmirəm, çünki ssenari xoşuma gəlmir. Həm də bəzən mənə uyğun rollar olmur.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, səhnə gözəllik, gənclik sevir. Amma Yasin Qarayev o vaxtkı illərə nisbətən bu gün səhnədən bir az uzaq düşüb.

- Bəli, səhnə gözəlliyi, gəncliyi sevir. Amma bu o demək deyil ki, səhnədə yalnız gənclər olmalıdır. Səhnəyə qoca da, cavan da lazımdır. Bir vaxtlar biz də gənc olmuşuq. İndi belə çıxır ki, gənclikdə bizdən istifadə edib, qocalanda çölə atmalıdılar? Aktyor nə yaşda olursa-olsun o səhnədə olmalıdır. Mən heç cürə yaş senzini qəbul etmirəm. Sənət adamları həmişə kövrək olurlar, onlar digər sənət sahiblərindən daha çox diqqət və qayğı gözləyirlər.

- Rollarınız bir-birindən çox fərqlidir. Ən çox hansı rolunuzu unuda bilmirsiniz?

- O vaxt "Gəl qohum olaq" adlı bir tamaşa var idi. Mən teatrda 18 il bu tamaşada Qarakişi rolunu oynamışam. Rəhmətlik İsi Məlikzadə bir əsər yazıb teatra təqdim etmişdi, Həsən Əbluc da bu tamaşanı hazırlamışdı. Tamaşanın adı "Sağlıq olsun" idi. Həm də ağır bir rol idi. İsi müəllim dedi ki, mən sənə bir komediya yazacağam. O, "Gəl qohum olaq" tamaşasındakı Qarakişi rolunu mənim üçün yazdı. Məhərrəm Bədirzadəyə dedim ki, bəlkə bunu çəkək. Dedi çəkməyinə çəkək, bəs saçı nə edəcəksən? Qarakişi əsgərlikdən gəlmiş cavan bir oğlandır. Onun saçı qara olmalı idi. Elə oldu ki, bu rolu Rafael İskəndərova həvalə etdik. Amma teatrda oynadığım Qarakişi mənim üçün daha əzizdir.

- Bir vaxtlar teatrda ayrılmaz cütlük var idi. Siz, Azər Mirzəyev və Gülşən Qurbanova. İndi bu cütlüyü kim əvəz edir?

- Bəli, biz teatrda çox yaxın dost idik. Nəfəsimizdən hiss edirdik ki, nə istəyirik. Allah onlara qəni-qəni rəhmət etsin! İndiki dövrdə isə Almaz Mustafayeva, Tariyel Qasımov, Ağaxan Salmanlı və s. kimi sənətkarlarla tərəf müqabili oluram. Tariyel də, Almaz da mənim teatrda 40 illik dostumdur.

- Son illər tamaşaçını həm güldürmək, həm də ağlatmaq çətinləşib. Müasir dövr tamaşaçıları da hər şeyə də gülmür. Problem nədədir?

- İnsanları ağlatmağa nə var ki? Güldürmək daha da çətinləşib. Gərək tamaşaçıların damarını tutasan. Ssenaristlərimiz elə bil ki daha asan yola əl atırlar. Tamaşaçılara primitiv gülüş lazım deyil. Gülüş özü də insanı düşündürməlidir. Biz bu günlərdə xalq artisti Ağaxan Salmanlının "Açarını itirənlər" tamaşasını təhvil verdik. Mən Əhməd Orucoğlundan xahiş etmişdim ki, o əsərdəki obrazları çoxaltsın. Çox gözəl və maraqlı bir tamaşa alındı. Bax insanlara belə əsərlər lazımdır.

- Yasin müəllim, siz həm də ailənizə çox bağlı insansınız. Bir çox tədbirlərdə sizi həyat yoldaşınızla birlikdə görürük. Digər sənət adamlarından fərqli olaraq siz yoldaşınızı ictimaiyyət içinə çıxarırsınız.

- Bəli, Şəmsiyyə xanımla biz uzun illərdir ki, ailəliyik. Onu da deyim ki, Şəmsiyyə xanım 25 il Azərbaycan teleradiosunun diktoru işləyib. Yaş senzi deyilən bir qanun ondan da yan keçmədi. Mən aktyorları başa düşürəm, amma radio aparıcılarına bunun nə aidiyyatı var? Onların ki, heç siması efirdə görünmür.

Əli Rəhimoğlu

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *