6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,29 AZN

описание


» » Parisdə Nigar Nərimanbəyovanın əsərləri sərgilənir - FOTO


Parisdə Nigar Nərimanbəyovanın əsərləri sərgilənir - FOTO

07.12.2017 08:50
admin

Fransada rəsm əsərlərinin sərgisini təşkil edən "Stella" Beynəlxalq İncəsənət Cəmiyyətinin dəstəyi ilə Parisin məşhur "Monod" incəsənət qalereyasında azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın əsərləri nümayiş etdirilir.

Milli.Az "Report"a istinadən bildirir ki, qalereyada rəssamın yağlı boya ilə ağ kətan üzərində ərsəyə gətirdiyi 4 əsəri sərgilənir.
Bu əsərlərdə qadın dünyasının ən incə duyğuları, xüsusilə də ana qayğısı müxtəlif rənglərdə öz əksini tapıb. Əsərlərə tamaşa edənlər bir anlıq da olsa saf və qayğıkeş ana məhəbbəti ilə dolu qadın dünyasına səyahət edirlər.
Parisdə rəssamlar arasında böyük nüfuza malik "Stella Art İnternational" Assosiasiyasının sədri Stella Kalinina "Report"un Fransa bürosuna bildirib ki, Nigar Nərimanbəyova ilə artıq 5 ildir birlikdə işləyir. Bu əsərlər sərgi ziyarətçilərində yüksək əhval-ruhiyyə yaradır və tamaşaçıları dərindən düşünməyə sövq edir.
Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Nərimanbəyovanın əsərləri Fransanın bir çox şəhərlərində və Parisin nüfuzlu rəsm qalereyalarında sərgilənib. N.Nərimanbəyova "Adajio" diptixinə görə "2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı" statusunu qazanıb.
Vüsalə İsmətqızı

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *