6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,29 AZN

описание


» » "Kişilərin xəyanət edə bilməyəcəyi qadın yoxdur" - FOTO


"Kişilərin xəyanət edə bilməyəcəyi qadın yoxdur" - FOTO

06.12.2017 22:10
admin

Uzun illərdir Türkiyədə yaşayan və orada fəaliyyət göstərən azərbaycanlı aktrisa və İstanbul Bələdiyyəsi Şəhər Teatrının bədii rəhbər müavini Məlahət Abbasova etiraf edib ki, həyatda tənhadır. Ömrünün ən gözələnilməz anlarında riskə getməyi sevdiyini deyən ulduz çıxılmaz vəziyyətlə üzləşəndə özünə qapananlardan olmadığını deyib.

Milli.Az bildirir ki, publika.az-ın "Üç nöqtə" layihəsində yarım qalmış sualları bu dəfə aktrisa Məlahət Abbasova tamamlayıb.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Silahları yox edərdim.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Məncə, kişilər bütün qadınlara xəyanət edir, onlar üçün heç bir fərqi yoxdur. Onların aldada bilməyəcəyi qadın yoxdur.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Səmimi, dürüst və sədaqətli olmalısan.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Ola bilsin ki, bəziləri üçün yaşa dolmaq qocalmağı ifadə edir.

- Qadına qarşı şiddət...

- Əsla qəbul etmədiyim şeydir.

- Təəssüf edirəm ki...

- Dünyada birlik-bərabərlik yoxdur, təəssüf edirəm ki, günahsız uşaqlar qətl edilir, təəssüf edirəm ki, silahlar susmur!

- Vanqa nənə ilə görüşsəydim...

- Soruşardım ki, "Hara gedir bu dünya?"

- Küsülü olduğum insana demək istəyirəm ki...

- Küsülü olduğum insanların hamısını sevirəm.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...

- Tənhalıq özünlə üzləşmək deməkdir. Məsələn, mən tək qalanda fikrimi işimə daha yaxşı cəmləyə bilirəm, yeni layihələr haqqında düşünürəm. Ancaq onu deyə bilərəm, həyatda tənha insanam.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Qarşı tərəf yalan danışaraq məni qandırdığını zənn edir, mən də inandığımı göstərərək onu qandırıram.

- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Çətin və cavabı naməlum qalan sualdır.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Qorxuram, bəşəriyyətin gələcəyin böyük bir sual altındadır.

- Günahlarım yadıma düşəndə...

- Utanıram, xəcalət çəkirəm, amma şükürlər olsun ki, böyük günahım yoxdur.

- Övladlarıma ən çox onu məsləhət görürəm ki...

- Yaxşı insan olsunlar.

- İlahi ədalətə inancımı o zaman itirdim ki...

- Bu dünyada ilahi ədalət deyilən bir şey var, odur ki, inancımı itirməmişəm.

- Heç vaxt heç kimə icazə vermirəm ki...

- Hörmətsizlik etsinlər.

- O zaman riskə gedirəm ki...

- Riskləri sevirəm, risklər planlı olmur, baş verən stiasiyadan asılıdır.

- Çıxılmaz vəziyyətə düşəndə...

- Öz içimə qapanmıram, həll yolları axtarıram.

- Yaxşı gündə, pis gündə...

- Hər zaman ailəmin yanındayam.

- Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik.

- Minnətdaram.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *