6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,29 AZN

описание


» » Beynəlxalq Muğam Mərkəzində bəstəkar Aydın Ağasıyevin xatirəsinə həsr olunmuş gecə keçirildi - FOTO


Beynəlxalq Muğam Mərkəzində bəstəkar Aydın Ağasıyevin xatirəsinə həsr olunmuş gecə keçirildi - FOTO

06.12.2017 19:32
admin

Dekabrın 5-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının birgə layihəsi çərçivəsində  bəstəkar Aydın Ağasıyevin xatirəsinə həsr olunmuş gecə keçirildi. 

Gecədə bəstəkarın həyat və yaradıcılığından  ibarət videoçarx nümayiş olunub. 

Əməkdar artist Təranə Vəlizadə, şair-dramaturq Ramiq Muxtarov, şair Dəmir Gədəbəyli çıxış edərək sənətkarın həyat yaradıcılığından, musiqi  mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıblar. 
 Daha sonra tədbir konsert proqramı ilə davam edib. 

Gecədə bəstəkarın mahnılarını  Əməkdar artist  Təranə Vəlizadə "Bakı", "Yandır məni", ifaçılar Aytən Məhərrəmova "Tələsmə ürəyim", Aqil Rzayev "Azərbaycan torpağı", Rasimə Seyidcahan "Dünyam", Tural Ağasıyev "Əsgər marşı", Rövşən Əziz "Dərd imiş", Aynur İsgəndərli "Analar", Günay İmamverdiyeva "Uzaq xatirələr", Nicat Cəfərzadə  "İnanım inanmayım", Orxan Hüseynli "Kim oldu", Sərxan Bünyadzadə  "Yumul bənövşəm yumul" və.b. ifa etdilər.  

Gecədə həmçinin Əməkdar artist Rəna Talıbovanın bədii rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Vaqif Mustafazadə adına "Sevil" vokal instrumental ansamblı   Aydın Ağasıyevin mahnılarını səsləndirdi. 

İfaçıları Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı müşayiət etdi. Ansamblın bədii rəhbəri Xalq artisti Adil Bağırovdur. 

Tədbirin sonunda  bəstəkarın oğlu  Opera və Balet Teatrinin solisti Tural Ağasıyev bütün iştirakçılara  öz minnətdarlığını bildirdi. 

Konsert maraqla və alqışla qarşılandı. 

Qeyd edək ki Beynəlxalq Muğam Mərkəzinin möhtəşəm "Muğamat var olan yerdə"  layihəsi davam edir.  Dekabrın 8- də saat 19:00 -da Beynəlxalq Muğam Mərkəzində xanəndə Almaxanım Əhmədlinin konserti keçiriləcək. 

Biletləri şəhərimizin kassalarından,"ASAN xidmət" mərkəzlərindən və online iticket. az saytından əldə etmək olar.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *