6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,29 AZN

описание


» » Nazirlik: "Köçəri" yalnız Ermənistana məxsus rəqs deyil


Nazirlik: "Köçəri" yalnız Ermənistana məxsus rəqs deyil

06.12.2017 16:24
admin

""Köçəri" rəqsinin Ermənistana məxsus rəqs kimi Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi o demək deyil ki, bu, yalnız Ermənistana məxsusdur".

Milli.Az xəbər verir ki, bunu APA-ya  Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib. Nazirlik rəsmisi bildirib ki, "Köçəri" Azərbaycan və regionun digər xalqlarına məxsus rəqs növüdür: "Azərbaycanın təqdim etdiyi "Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi"nin UNESCO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi milli mətbəximizin tanıdılması baxımından böyük uğurdur. Bu, dolmanın milli mətbəx nümunəsi ikimi dünyada tanıdılması üçün vacib vasitə və səbəb olacaq. Nominasiya sənədi Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və AzərbaycanınUNESCO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib".
 
V. Şixəmmədov əlavə edib ki, adı çəkilən qurumların UNESCO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısı ilə bağlı birgə əməkdaşlığı gələcəkdə də davam edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *