4,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » ADGTT-da "Tamaşalar paradı"


ADGTT-da "Tamaşalar paradı"

10.11.2017 18:48
admin

Məktəblilərin payız tətili günlərində,  ADGTT-da " Tamaşaların paradı" təşkil ediləcəkdir. Noyabr ayının 15-dən 20-dək təşkil ediləcək layihə çərçivəsində teatr daimi tamaşaçılarına müxtəlif janrlı, rəngarəng və maraqlı mövzuları əhatə edən həm xarici həm də yerli rejissorların quruluş verdiyi tamaşaları təqdim edəcək. Noyabrın 15-i  saat 12:00, 14:00, 16:00-da C.Rodarinin "Çippolino", 17-18 noyabr tarixlərində saat 12:00, 14:00, 16:00-da C. Sviftin "Qulliver Cırtdanlar ölkəsində", 19 noyabr saat 12:00, 14:00, 16:00-da Azərbaycan xalq nağılı "Məlikməmməd", noyabr 20-də saat 12:00 və 14:00-da isə məktəblilər üçün M.F.Axundzadənin "Hekayəti-Xırs quldurbasan" tamaşalarının paradı təşkil ediləcək.

Tamaşalarda teatrın istedadlı aktyorları Əməkdar artistlər Şövqi Hüseynov, Vahid Əliyev, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nübar Novruzova, Qurban İsmayılov, aktyorlar Elnur Kərimov, Mehriban Hüseynova, Elşən Hacıbabayev, Natiq Fərzəliyev, Məsumə Babayeva, Ramil Məmmədov, Müşfiq Əliyev, Anar Seyfullayev, Səbinə Məmmədova, İlham Əsədov, Elnur Hüseynov, Elşən Şıxəliyev və başqaları rol alıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *