8,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » "Kardeşim Benim 2" filminin Qala gecəsi üçün biletlər artıq PARK CINEMADA satışdadır


"Kardeşim Benim 2" filminin Qala gecəsi üçün biletlər artıq PARK CINEMADA satışdadır

10.11.2017 14:45
admin

30 noyabr saat 19:00-da, "Park Cinema" Flame Towers kinoteatrında "Kardeşim Benim 2" filminin möhtəşəm qala gecəsi baş tutacaq. Qala gecədə Türkiyənin tanınmış aktyorları Burak Özçevit və xanımı Fəxriyyə Özçevit iştirak edəcəklər. Filmin premyerası AZERCELL IMAX zalı, həmçinin "Park Cinema" Flame Towers kinoteatrının digər zallarında da nümayiş olunacaq. Gecənin qonaqlarını seans öncəsi  cocktail-party və aktyorlar Burak Özçevit və Fəxriyyə Özçevitlə birgə film izləmək imkanı gözləyir.

Xatırladaq ki, sözügedən film 2016-cı ilin ən çox izlənilən filmləri siyahısında yer almış "Kardeşim Benim" filminin davamıdır. Filmin premyerasından sonrakı ilk həftədə filmi iki milyondan çox tamaşaçı izləmişdir.  İkinci hissədə də qardaşların sərgüzəştləri davam edir, lakin sonda onla yenə bir araya gəlir. Xatırladaq ki, qala gecəsi üçün biletlər artıq satışdadır. Biletləri yalnız "Park Cinema" Flame Towers kinoteatrının kassalarından əldə edə bilərsiniz. 

Qeyd edək ki, Park Cinema - Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı rayonundakı "ASAN Həyat"-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir. 

Treyler:

http://www.parkcinema.az/movies/view/5254/kardesim-benim-2#schedule

https://www.youtube.com/watch?v=1A0T-OSvmBU

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *