4,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Musiqili Teatrda premyera - "Hacı Qara"


Musiqili Teatrda premyera - "Hacı Qara"

08.11.2017 18:18
admin

Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün növbəti premyerası olacaq. Teatrın Mətbuat xidmətindən bildirilib ki, söhbət dahi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" iki hissəli komediyasından gedir.

Bu məşhur və klassik əsər əsasında hazırlanan tamaşa bayram günü - 9 noyabr Dövlət Bayrağı Günü tamaşaçılara təqdim olunacaq. Saat 12.00-da nümayiş ediləcək tamaşa meydan üslubunda hazırlanıb. Bir sıra yeniliklərlə zəngin olan  tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Loğman Kərimovdur. Rəqslərin quruluşu Hüseyn Əliliyə məxsusdur.

Tamaşada rolları Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Nicat Əli, Hüseyn Əlili, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa edirlər.

Azərbaycan Dövlət Musiqili Teatrı dünya azırbaycanlılarını Dövlət Bayrağı Günü münasibətilə təbrik edir, bayram günündə sevimli tamaşaçılarını Mirzə Fətəli Axundzadənin "Hacı Qara" iki hissəli komediyasına baxmağa dəvət edir.

6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət" mərkəzlərindən əldə etmək olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *