4,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Həftəsonu ADGTT-da 7 tamaşa nümayiş ediləcək


Həftəsonu ADGTT-da 7 tamaşa nümayiş ediləcək

08.11.2017 19:18
admin

Hər həftə olduğu kimi bu həftə də ADGTT özünün daimi tamaşaçılarına və şəhərimizin qonaqlarına maraqlı repertuar tərtib etmişdir.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bu həftə, noyabrın 10-da saat 15:00-da gənclər üçün bəşəriyyətin bəlasına çevrilmiş narkomaniya əleyhinə "Ağ ölüm" (V.Siqarev) , 11 noyabrda saat 19:00-da dahi M.Füzulinin nakam eşq dastanı olan "Leyli və Məcnun" , 12 noyabr saat 19:00-da xalqımızın yaddaşında qanlı 20 Yanvar hadisəsi kimi yazılmış, azadlıq uğrunda qurban getmiş şəhidlərimizin əziz xatirəsinə yazıçı-dramaturq Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşalarını nümayiş etdirəcəkdir.

Teatr həmişə olduğu kimi bu dəfə də kiçik yaşlı tamaşaçılarını unutmayıb. Belə ki, kollektiv uşaqlar üçün noyabrın 11-də saat 12:00 və 14:00-da Pərvinin "Dəcəl keçi", 12-də ssat 12:00-da və 14:00-da "Qoğalın nağılı" tamaşalarını təqdim edəcəkdir.

Tamaşalarda teatrın tanınmış aktyorları Əməkdar artistlər Nofəl Vəliyev, Rahib Əliyev, Nəsibə Eldarova,  Nübar Novruzova, Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Rasim Cəfər, aktyorlar Manaf Dadaşov, Vüsal Mehrəliyev, Anar Seyfullayev, Günül Məmmədova, Asya Atakişiyeva, Müşfiq Əliyev, Eşqin Quliyev, Səbinə Məmmədova, Bəhram Həsənov, Ramil Məmmədov, Mehriban Hüseynova, İlham Əsədov , Sona Babayeva, Ədalər Əbdülsəməd və başqaları yer alıb.

Tamaşalara biletləri mərkəzləşdirilmiş kassalardan və "Asan xidmət" filiallarından əldə edə bilərsiniz. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *