4,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » ADGTT-da yeni layihəyə baxış keçirildi...


ADGTT-da yeni layihəyə baxış keçirildi...

08.11.2017 19:42
admin

Xəbər verildiyi kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında türk dünyasının ortaq qəhrəmanı "Koroğlu" dastanının motivləri əsasında "Eşq-i Nigar" adlı məhəbbət dastanı hazırlanırdı.

Milli.Az bildirir ki, layihə Bakı Yunis Əmrə İnstitutu ilə Dövlət Gənc Tamaşaçılar Teatrının birgə dəstəyi əsasında reallaşmışdır.

Bu gün "Eşq-i Nigar" tamaşasına ictimai baxış keçirilmişdir. Tamaşada teatrın aktyorları Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Eyvaz İbrahimov, Ramiq Nəsirov, İlham Əsədov, Anar Seyfullayev, Ramil Məmmədov, Elgün Yəhyayev və Vahid Orucoğlu çıxış edirdi.
Tamaşanın səhnə redaksiyasının müəllifi Amalya Ömərova, quruluşçu rejissoru Ayla Həşimova, plastik həlli Ceyhun Dadaşovdur.
Yeni layihə- tamaşa noyabr ayının 14-də saat 19:00-da ilk dəfə geniş ictimaiyyətə və teatrsevərlərə təqdim ediləcəkdir.

İctimai baxışdan sonra teatrda Bayraq gününə həsr olunan toplantı keçirildi. Toplantıda teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov çıxış edərək  Azərbaycan bayrağının yaranma tarixi, ona verilən önəm və 9 noyabr tarixinin "Bayraq Günü" kimi qeyd edilməsi haqqında kollektivə geniş məlumat verərək bildirdi ki, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. Məhz ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində üçrəngli, ay-ulduzlu bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilərək Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib, daha sonra isə Azərbaycan Respublikası Ali Soveti 1991-ci il fevralın 5-də üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilib və hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. 

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *