4,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Kaliforniyada möhtəşəm konsert -


Kaliforniyada möhtəşəm konsert -

07.11.2017 15:31
admin

ABŞ-nın Kaliforniya ştatının inzibati mərkəzi Sakramento şəhərində Azərbaycanın klassik musiqilərindən ibarət konsert keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan Milli.Az-a verilən məlumata görə, ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində tanınmış Sakramento Gənclər Simfoniyası dahi Azərbaycan bəstəkarı Fikrət Əmirov, eləcə də görkəmli dirijor və bəstəkar Niyazinin əsərlərini ifa edib.



Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyilə Sakramentonun tarixi Krest Teatrında baş tutan  konsertdə Kaliforniya paytaxtının siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri, həmçinin, KİV təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, dünya şöhrətli dirijor Maykl Nyumanın rəhbərlik etdiyi Sakramento Gənclər Simfoniyası ABŞ-ın ən tanınmış simfonik orkestrlərindən hesab olunur.

Konsertdə azərbaycanlı musiqiçi Mustafa Mehmandarovun dirijorluğu ilə və gənc müğənni Mərziyyə Hüseynovanın ifasında Fikrət Əmirov və Niyazinin ən tanınmış əsərlərini səsləndirilib. Konsert proqramında F.Əmirovun həyat və yaradıcılığını əks etdirən video-çarx da nümayiş etdirilib.

Konsert proqramı təntənəli şəkildə F.Əmirovun "Azərbaycan Kapriççiosu"nun sədaları altında yekunlaşıb. Konsert tamaşaçılar tərəfindən ayaq üstə gurultulu alqışlarla qarşılanıb.


Qeyd edək ki, konsertdən öncə çıxış edən Azərbaycanın Los Ancelesdəki Baş konsulu Nəsimi Ağayev bu cür möhtəşəm konsertin Kaliforniyanın paytaxtında keçirilməsinin əlamətdar və tarixi hadisə olduğunu bildirib. O, Azərbaycan haqqında tamaşaçılara məlumat verərək ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb. Klassik musiqimizdən danışan baş konsul Azərbaycanın müsəlman dünyasında ilk opera, operetta və baletin vətəni olduğunu qeyd edib. Sonda N.Ağayev konsertin ərsəyə gəlməsində göstərdiyi səylərə görə Sakramento Gənclər Simfoniyasının direktoru Maykl Nyumana, Azərbaycan musiqiçilərinə, ,həmçinin Sakramentodakı Azərbaycan icmasının fəalı Şəbnəm Qafarovaya dərin təşəkkürünü bildirib.

Konsertdən sonra qonaqlara Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin zəngin Azərbaycan mətbəxindən hazırladığı ləziz nümunələri təqdim olunub.

Zərif Nisə
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kaliforniyada möhtəşəm konsert - Mərziyyə Hüseynovanın ifası

Kaliforniyada möhtəşəm konsert - Baş konsulun çıxışı

Kaliforniyada möhtəşəm konsert - Mustafa Mehmandarovun dirijorluğu ilə "Azərbaycan Kapriççiosu"

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *