4,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Milli geyim dəfiləsi Göyçayda XII Nar festivalının parlaq bəzəyi oldu - FOTO


Milli geyim dəfiləsi Göyçayda XII Nar festivalının parlaq bəzəyi oldu - FOTO

06.11.2017 16:57
admin

Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzinin dəfiləsi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Göyçay İcra Hakimiyyəti Göyçayda birgə təşkil etdiyi XII Nar festivalının parlaq bəzəyinə çevrilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dəfilədə daha əvvəl müxtəlif beynəlxalq tədbirlərdə təqdim olunmuş geyimlər nümayiş etdirilib.

Kolleksiyanın nümayişində "Venera" agentliyinin (rəhbəri Syama Həsənova) modelləri iştirak ediblər. Modelyer-dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova təşkilatçılara öz minnətdarlığını bildirib, festivalın yüksək səviyyədə keçirildiyini vurğulayıb.

Nar unikal bəhrədir, Azərbaycan isə dünyada narın bütün çeşidlərinin yetişdiyi yeganə ölkədir. Parlaq şirəli məhsul çoxdandır Azərbaycanın da dəyişməz rəmzinə çevrilib. Ona şeirlər və mahnılar qoşurlar, himnlər həsr edirlər. Azərbaycanda narı meyvələrin kralı adlandırırlar. Göyçay Azərbaycanın nar paytaxtı hesab olunur. İkin gün davam edən festivalda qonaqlara rəngarəng proqram, musiqi, rəqs və folklor kollektivlərinin çıxışı təqdim edilib, yarmarka və sərgi keçirilib, müxtəlif əyləncəli tədbirlər və müsabiqələr, region üzrə ekskursiyalar təşkil olunub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *