4,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,29 AZN

описание


» » Musiqili Teatrın sevilən aktrisası ad gününü qeyd edir


Musiqili Teatrın sevilən aktrisası ad gününü qeyd edir

12.10.2017 20:10
admin

Azərbaycan Dövlət Musiqili Teatrının tanınmış aktrisası Mehriban Zalıyeva doğum gününü qeyd edir. Teatrın Mətbuat xidmətindən bildirilib ki, doğum günündə iş başında olan aktrisa ona əziz olan bu günü məşqdə, sənət dostları ilə birlikdə keçirir.

Milli.Az xəbər verir ki, Mehriban Zalıyeva Bakı şəhərində anadan olub. Bakı Musiqi Akademiyasının Solo oxuma fakultəsində təhsil alıb.  2006-cı ildən bu günə kimi Azərbaycan Dövlət Musiqili Teatrında çalışır. Azərbaycan dramaturqlarının, eləcə də, xarici ölkə yazıçılarının əsərlərində onlarla yadda qalan surətlər yaradıb. "Qısqanc ürəklər"də (R.Mirişli) Səbinə, "Səhnədə məhəbbət"də (S.Fərəcov, Ə.Əmirli) Müğənni qız, "Kələkbazlar"da (S.Ələsgərov, İ.Məlikzadə) Qəndab, "Əlin cibində olsun"da (O.Rəcəbov, A.Babayev) Lalə, "Yeddi məhbusə anası"nda (C.Quliyev, Ə.Əmirli) Şöhrət, Qüdrət, "Arşın mal alan"da (Ü.Hacıbəyli) Asya, "Skapenin kələkləri"ndə (J.B.Molyer) Giasinda, "Qafqazlı qardaşqızı"da (R.Hacıyev) Natəvan, "999-cu gecə"də (F.Əmirovun musiqiləri əsasında) Reyhan, "Baladadaşın toy hamamı"nda (Elçin) Bikə, "Molla Nəsrəddinin beş arvadı" (İ.Sadıqov) tamaşasında Cənnət, "Yağış göbələyinin macərası"nda (R.Şəfəq, V.Zimin) Tülkü bacı, "Bir dayan canavar"da (R.Ağayeva, A.Xayt) Qırmızı papaq, "Düyməcik"də (H.X.Anderson) Düyməcik, "Qızıl cücə"də (V.Orlov) Bim, "Qırmızı papaq"da (E.Sabitoğlu, Y.Şvarts) Dovşan, "Yatmış gözəl və cırtdanlar" (Ş.Pero) Pəri Flora və s. yaddaqalan obrazları ilə tamaşaçıların sevimlisinə çevrilən aktrisa bir neçə mövsümdə ilin aktrisası nominasiyasında teatr rəhbərliyinin xüsusi mükafatına layiq görülüb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2017    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031