4,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,29 AZN

описание


» » ADGTT Beynəlxalq mono tamaşalar festivalında iştirak edib


ADGTT Beynəlxalq mono tamaşalar festivalında iştirak edib

11.10.2017 19:42
admin

ADGTT Kiyev şəhərində keçirilən "Mariya" adlı Beynəlxalq mono tamaşalar festivalında uğurla iştirak edib.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, ADGTT-nın kollektivi  oktyabr ayının 3-dən 9-dək Ukrayna Respublikasının Kiyev şəhərində keçirilən "Mariya" adlı Beynəlxalq mono tamaşalar festivalında iştirak edib.  Sözügedən festivalda ölkəmizi ADGTT-nın aktyoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar artisti Şövqi Hüseynov P.Züskindin "Kontrabas" tamaşası ilə təmsil edərək festivalın diplomu ilə təltif edilmişdir.  Şövqi Hüseynov festival çərçivəsində təşkil edilən "Aktyor sirri" adlı mədəni dialoq forumunda da iştirak edib. O, seminarda  "Azərbaycan teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının  fəaliyyəti " mövzusunda  məruzə ilə çıxış etmişdir.  Çıxışda Azərbaycan teatrının bu gunku durumu və ölkəmizdə fəaliyyət göstərən teatrların inkiaşfı ilə bağlı məlumatlar diqqətə çatdırılıb. ADGTT repertuarının zənginliyi, səhnədə klassik əsərlərin çoxluğu forum iştirakçılarında böyük maraq doğurub. Qeyd edək ki, festivalda ölkəmizlə bərabər Polşadan, İspaniyadan, Ukraynadan, Slovakiyadan, Böyük Britaniyadan və Türkiyədən olan peşəkar teatrlar da iştirak edib.  

"Kontrabas" tamaşasının nümayişindən sonra  iştirakçı dövlətlərin festival rəhbərləri, Slovakiya və Polşalı həmkarlar ADGTT-nı öz ölkələrində keçirilən teatr bayramlarında görməkdən məmnunluqlarını ifadə ediblər. Hər iki respublikanın  festival rəhbərləri ADGTT-nın kollektivini  ölkələrində keçiriləcək növbəti festivallara dəvət ediblər.

Qeyd edək ki, Əməkdar artist Şövqi Hüseynov Patrik Züskindin "Kontrabas" monotamaşası ilə daha bir festivala dəvət alıb. Rusiyanın Nijnevartovsk şəhərində "Şimal görüşləri" V Beynəlxalq Teatr Festivalı oktyabrın 25-dən 28-dək davam edəcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2017    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031