8,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,3 AZN

описание


» » Azərbaycanlı aktyor Rövşanədən şikayət etdi: “AYIBDIR”


Azərbaycanlı aktyor Rövşanədən şikayət etdi: “AYIBDIR”

11.10.2017 14:49
admin

Tanınmış aktyor Elnur Kərimov sosial şəbəkədə aparıcı Rövşanə Bektaşidən şikayət etdiyini bildirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, ARB kanal rəhbərliyinə müraciət edərək bunları yazıb:
"Aparıcı ya peşəkar olmalıdır, ya da olmamalıdır. Mövzunu eşidən kimi dərhal reaksiya verdim. İlk növbədə, teatrdan danışmaq üçün onu tanımalısan. Məlumatın olmalıdır ki, teatr sahəsində hansı islahatlar, qastrollar, tamaşalar var.

Danışılan mövzu və "Bu, mənim şəxsi fikrimdir" deyərək düşüncəsizcə danışmaq ayıbdır. Qonaqlarına danışmağa imkan verməyən aparıcı deyir ki, Azərbaycanda fəaliyyət göstərən Şuşa, İrəvan və Gənc Tamaşaçılar Teatrı kiçik olduğu üçün bağlanmalıdır. Mən də dərhal ARB kanalı "Səhər-səhər" proqramının prodüseri ilə əlaqə saxlayıb, narazılığımı bildirdim. Amma Əhməd Ağdamskini tanıması məni bir az rahatlatdı ki, heç olmasa onu tanıyır".

Qeyd edək ki, aktyorun etirazına səbəb Rövşanə Bektaşinin canlı yayımda teatrlara "ilişməsi" olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *