19,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » Beynəlxalq Muğam Mərkəzi yeni möhtəşəm "Etnik musiqi inciləri" layihəsini təqdim etdi


Beynəlxalq Muğam Mərkəzi yeni möhtəşəm "Etnik musiqi inciləri" layihəsini təqdim etdi

19.06.2017 19:06
admin

17 İyun Beynəlxalq Muğam Mərkəzində  "Etnik musiqi inciləri" adlı yeni layihə təqdim edildi.

Tədbir Azərbaycan və Rumıniya ölkələrinin diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuşdu.

Milli.Az bildirir ki, səhnəyə Rumıniyanın Bakıdakı səfiri Dan Lanku çıxaraq iki ölkə arasında olan diplomatik fəaliyyət və davam edən mədəni və siyasi əlaqələrdən danışdı.

Sonra Rumıniyadan gələn ifaçılar Diana Lavriç Parqel və Daniel Pop öz milli musiqilərini təqdim etdilər.Hər iki musiqiçinin ifasında Rumın kəndlisinin  məhəbbəti, eşqə sədaqəti, kədəri və sevinci musiqi vasitəsilə əks etdirildi.

İfaçı Diana Lavriç Parqel əslən Rumıniyalıdır.O,Cobza (kiçik ud) alətində əsasən rumın xalq mahnılarını ifa edir.

Daniel Pop isə  fleyta, truba və volinkada ifa edir. Onun repertuarına XIX əsr etnik rumın musiqisi ilə müasir musiqinin sintezi daxildir. Qeyd edək ki, hər iki ifaçının Bakıya ilk səfəridir.

Daha sonra səhnəyə Azərbaycan muğam ifaçıları  Hüseyn Məlikov (xanəndə), Əməkdar artist Sahib Paşazadə (tar), Əməkdar artist Togrul Əsədullayev (kamança), Emin  Cəbrayıl (nağara) çıxaraq Rumıniya ifaçıları ilə birlikdə çıxış etdilər.

Gecədə qonaq qismində ABŞ, Meksika, Fransa, Moldova , İsrail və digər səfirliklərin Bakıdakı nümayəndələri iştirak edirdilər. Tədbir etnik musiqisevərlər tərəfindən böyük maraqla və gur  alqışlarla qarşılandı.

Beynəlxalq Mugam Mərkəzinin təqdim etdiyi bu möhtəşəm layihə,Azərbaycan musiqiçiləri və digər olkələrin musiqiçiləri ilə təşkil edəcəyi sintez etnik konsertlər davamlı olcaq.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Июнь 2017    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930