28,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » Məmur-vətəndaş münasibətləri və dövlət siyasəti


Məmur-vətəndaş münasibətləri və dövlət siyasəti

16.06.2017 00:00
admin
İnsan hüquq və azadlıqlarının təmin edilməsi və yaxşı idarəetməyə keçid son illərdə Azərbaycan dövlətinin əsas prioritet istiqamətlərini təşkil edir. Həyata keçirilən institusional islahatlar, korrupsiyaya qarşı mübarizə tədbirləri, qanunvericiliyin təkmilləşdiirlməsi vəs kimi çoxşaxəli tədbirlərin yeganə məqsədi ölkədə müasir standartlara cavab verən idarəetməni formalaşdırmaq, insan hüquq və azadlıqlarının təminatını gücləndirməkdən ibarətdir. Hazırda ölkəmizdə qeyd edilən məqsədlərə xidmət edən üç böyük dövlət proqramı həyata keçirilməkdədir:
1. Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı. Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 27 aprel tarixli sərəncamı ilə təsdiqedilmiş Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında şəffaflığın artırılması və açıq hökumətin təşviqi sahəsində aşağıdakı tədbirlər nəzərdə tutulmuşdur:
- Elektron xidmətlərin təkmilləşdirilməsi
- İnformasiya əldə edilməsinin təmin edilməsi
-Normativ hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi
- Dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi
- Korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi
2. Elektron Hökumət və ASAN Xidmət. Bizdə bu gün “ Elektron Azərbaycan” Dövlət Proqramı gerçəkləşməkdədir. Bu proqram birbaşa məmur-vətəndaş münasibətlərini elektron münasibətlərə çevirir. Elektron münasibətlər isə keçmişdəki vaxt itkisini, təmənnalığı aradan qaldırır. Ölkə başçısı Prezident İlham Əliyevin ideallarından birinə-təmiz bir Azərbaycan dünyası yaratmaq ideyasına xidmət edən “Elktron Azərbaycan” indi öz mübarizəsini göstərməkdədir. Bu proqram ölkəmizin iformasiya-kommunikasiya sahəsində sosial sifarişi uğurla həyata keçirməkdədir. Bu proqram informasiya cəmiyyətinin tələblərindən doğub. Indi Azərbaycanda dövlət informasiya sistemi, elektron imza, ən əsası isə elektron sənəd, elektron xidmət kimi anlayışlar tamamilə kütləviləşib və heç kimdə təəccüb doğurmur.
“Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır.
Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “elektron hökumət” portalı tətbiq edilir.
Ölkəmizdə “elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir. “Elektron hökumət” portal hazırlanaraq istifadəyə verilmişdir. Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər. “Elektron hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.
Son illərdə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülmüş, müvafiq hüquqi baza formalaşdırılmışdır. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atılmış – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradılmışdır. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi.
Məmur vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması cənab Prezidentin diqqət verdiyi mühüm məsələlərdəndir. Təsadüfi deyildir ki, cənab Prezident bu məsələnin əhəmiyyətini nəzərə alaraq mütəmadi olaraq məmurlara vətəndaşlara xidmətin keyfiyyətini yaxşılaşdırmağı xatrırlatmağı özünə borc bilir.
Məmur-vətəndaş münasibətlərinin qanunun tələbinə uyğun şəkildə olmasının vacibliyi barədə ölkə Prezidenti İlham Əlievin kəskin çıxışları olub. Məmurlara xalqla münasibətə, vətəndaşların müraciətlərinə biganə qalmamağı tapşıran ölkə Prezidentinin bu çıxışı vətəndaşlar tərəfindən razılıqla qarşılanır. Prezident bildirib ki, bütövlükdə dövlətin qarşısında duran vəzifə də insanlara xidmət etmək, insanların problemlərinin həllinə səylər göstərməkdən ibarətdir. “Bizim hər birimizin - başda dövlət başçısı, aşağıda da bütün məmurlar olmaqla - əsas məqsədimiz xalqa xidmət etməkdir. Xalq isə insanlardır, vətəndaşlardır, onların problemləridir, odur ki, məmurun da, hər birimizin də vəzifəsi insana xidmət etməkdir, insanların problemlərinə diqqətlə yanaşmaq və onların həllinə səy göstərməkdir: “...Bununla bərabər, dövlət məmurlarının məsuliyyəti də artmalıdır. Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Bu məsələlərlə bağlı mən fikirlərimi bildirmişəm. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcəkdir. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz, bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq”.
Zeynəb Oruclu
Yazı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən “Vətəndaşların müraciətlərinə baxılması istiqamətində sosial-hüquqi maarifləndirmə işinin təşkili" layihəsi çərçivəsində çap olunur.

Mənbə: tezadlar.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Июнь 2017    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930