23,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,93 AZN
10 RUB = 0,29 AZN

описание


» » Nazir aktrisanı mükafatlandırdı - FOTO


Nazir aktrisanı mükafatlandırdı - FOTO

16.06.2017 14:41
admin

Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktrisası, Əməkdar Artist Kəmalə Hüseynova Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev tərəfindən fəxri fərmanla mükafatlandırılıb.

Milli.Az bildirir ki, mükafatlandırma mərasimi Dövlət Gənc Tamaşaçılar Teatrında iyun ayının 14-də baş tutub. Aktrisa həmin zaman Astanada keçirilən V "Səhnədən salam" Beynəlxalq Teatr Festivalında iştirak etdiyi üçün mükafatı aktrisaya teatrın direktoru, əməkdar artist Mübariz Həmidov təqdim edib.
Fəxri Fərman bu günlərdə 50 illik yubileyi tamam olan aktrisaya kino və teatr sahəsində uğurlu fəaliyyətinə görə təqdim edilib.

Təəssüratlarını bölüşən aktrisa qazandığı uğurların və mükafatların bütün teatra məxsus olduğunu, ölkənin ən işgüzar və mehriban kollektivi ilə bir yerdə çalışdığı üçün özünü şanslı hesab etdiyini dilə gətirərək mükafata görə Mədəniyyət və Turizm Nazirliyinə öz dərin minnətdarlığını bildirib.

Məlumat üçün bildirək ki, Kəmalə Hüseynova 1990-cı ildən Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. K.Hüseynova teatrın cari reperetuarında olan bir çox tamaşalarda baş rolların mahir ifaçısıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив