26,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » "Muğam axşamları" layihəsi çərçivəsində "Çahargah" muğamı səsləndi


"Muğam axşamları" layihəsi çərçivəsində "Çahargah" muğamı səsləndi

14.06.2017 18:30
admin

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə "Muğam axşamları" layihəsi çərçivəsində səslənən "Çahargah" muğamsevərləri bir araya topladı. Beləki mayın 16 -da  start verilən  "Muğam axşamları" layihəsi geniş tamaşaçı rəğbəti ilə qarşılanır.

Muğamın müxtəlif şöbələri və güşələri Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Malik Həsənov və Ramiq Bayramovun ifasında səsləndi. Onları xalq çalğı alətləri ansamblı (tar-Ayaz İmranov,kamança- Elvin Novruzov, ud- Əmrah Orucov, qanun- Humay Abbas, nağara- Soltan Əliyev, balaban- Adil Müslümov) müşayiət edirdi.

Xanəndələr tərəfindən ifa olunan "Çahargah" muğamının rəngarəng ifası  tamaşaçılar tərəfindən alqışla qarşılandı.

"Çahargah" - Azərbaycan musiqisində yeddi əsas muğam dəstgahlardan biridir, sıra sayımı ilə 4-cü muğamdır.

Üzeyir Hacıbəyov hər bir muğamın bədii-ruhi təsir cəhətdən xarakterizə edərkən Çahargahın həyəcan və ehtiras hissi oyatdığını bildirir. Ü.Hacıbəyov "Çahargah" muğamının öz əsərlərində necə istifadə etməsini bu cür şərh edir: "Musiqi boyaları ilə xalqın məzlum vəziyyətini, yaxud istismarçı siniflərin qəddarlığını ifadə etmək lazım olduqda mən "Çahargah" muğamını işlədirəm".

Qeyd edək ki, 20 İyun tarixində "Muğam axşamları"layihəsi çərçivəsində "Bayatı-Şiraz" muğamı səslənəcək. Biletlərləri şəhərimizin kassalarında, Asan xidmət mərkəzlərində və iticket.az saytından əldə etmək olar.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Июнь 2017    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930