23,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,93 AZN
10 RUB = 0,29 AZN

описание


» » Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə Qurtuluş gününə həsr olunmuş möhtəşəm konsert


Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə Qurtuluş gününə həsr olunmuş möhtəşəm konsert

14.06.2017 16:22
admin

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Ağsu rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağsu Mədəniyyət Sarayında Milli Qurtuluş gününə həsr olunmuş konsert proqramı keçirildi.

Konsertdə Xalq artisti Zabit Nəbizadə, Əməkdar artis Səbuhi İbayev, Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad Şirvanlı, xanəndələr Eldəniz Məmmədov, Rövşən Əziz çıxış etdilər.

İfaçıları "Buta" intrumental ansamblı müşayiət edirdi. Ansamblının bədii rəhbəri tarzən Rövşən Qurbanovdur. Kamançada Xəyyam Məmmədov, balabanda Abuzər Güləliyev, qarmonda Anar Niftəliyev, pianoda Oruc Orucov, nağarada Amil Mustafayev, zərb alətlərində Aslan Bayramov və bəm tarda Kamran Novruzov ifa edirdi.

Konsert "Buta" intrumental ansamblının musiqi ifası ilə başladı və sonra Xalq Artisti Zabit Nəbizadə səhnəyə dəvət olundu. Xanəndə Ağsuluları salamlayaraq onları bu bayram münasibəti ilə təbrik edir və bu konsertin ərsəyə gəlməsində böyük əməyi olan Beynəlxalq Muğam Mərkəzinə və Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirir. Daha sonra tamaçaçılar üçün Bayatı-Şiraz və Mahur muğamını səsləndirir.

Konsert proqramında tamaşaçılar üçün Şur, Segah, Dilkeş muğamları, qəzəl və təsniflər səsləndi. Hər xanəndə gur alqışlarla və gül çələngləri ilə səhnədən yola salındı. Konsertin sonunda tamaşaçıların xahişi ilə Xalq artisti Zabit Nəbizadə səhnəyə çıxaraq Şirvan Şikəstəsi ifa etdi. ifanın sonunda Ağsu rayon İcra başçısı Ənvər Seyidəliyev səhnəyə çıxaraq konsertin təşkilinə görə Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə və heyətinə dərin minnətdarlığını bildirdi və bütün tədbir iştirakçıların  bayramlarını təbrik etdi və gələn sənətkarlara təşəkkürünü bildirdi. Sonda xanəndələr səhnəyə çıxaraq Qarabağ şikəstəsini ifa etdilər. Konsert tamaşaçıların ayaq üstü və gur alqışları ilə başa çatdı.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив