19,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » "Deyirdi ki, 70 yaşında da səni sevəcəyəm" - FOTO


"Deyirdi ki, 70 yaşında da səni sevəcəyəm" - FOTO

13.06.2017 22:02
admin

Əməkdar artist Almaz Mustafayevanın Milli.Az-a müsahibəsi.

- Almaz xanım, teatrda sonuncu dəfə oynadığınız tamaşa hansı olub?

- Hələ ki, sonuncu dəfə "Açarını itirənlər" tamaşasında çıxış etmişəm. Bu tamaşa Xalq artistləri Ağaxan Salmanlı və Yasin Qarayevin yubileyinə həsr olunmuşdu. Mən orada Ağaxanla ər-arvadı oynayırdım.

- Uzun illər teatrda oğlan və uşaq rollarını oynamısınız. Uşaq rollarını oynamaq asandır, yoxsa digər rolları?

- Mən 1970-ci ildə teatra gələndə teatrda uşaq rolu oynayan aktrisa yox idi. Ona görə də məni uşaq tamaşalarına dəvət etdilər. Mənim üçün uşaq rolları çox doğmadır. Özümü uşaq rollarında çox sərbəst hiss edirəm. Mən teatra gələndə orada nəhənglər işləyirdi, onlar məni öz uşaqları kimi qəbul etdilər. Hamı çalışırdı ki, mənə kömək etsin. Ümumiyyətlə, bizim teatra cavan aktyor-aktrisa gələndə özünü doğma hiss edir. O vaxtı mənə də bu cür münasibət göstərirdilər. Uşaq rolu oynamaq çox çətindir. Aktrisa gərək uşaqları sevib, onları müşahidə etsin ki, uşaq rolu onda inandırıcı alınsın.

- Özünüzə neçə yaş verirsiniz?

- Mən uşaqla uşaq, böyüklə böyüyəm. Xəstələnəndə elə özümə indiki yaşımı verirəm, amma belə 16 yaşım var (gülür).

- Hansı illərin geri qayıtmasını istəyərdiniz?

- O vaxtlar çox gözəl illər idi. Həm şəxsi həyatımda, həm də teatrda... O vaxtı mən gündə iki tamaşa oynayırdım. Çünki uşaq tamaşalarına ehtiyac çox idi. Hər ilin öz gözəlliyi var. Axır vaxtlar məni nədənsə komediya aktrisası kimi görürlər. Deyilənə görə alınır, amma drammatik rollar mənə daha yaxındır.

- Həyat yoldaşınız məşhur rəssam olub. Tanışlığınız necə olub?

- Biz təsadüfən küçədə tanış olduq. Bir tanış rəssam gördüm, onunla söhbət edirdim, gördüm ki, həyat yoldaşım da gəldi. Biz uzun müddət dostluq etdik. Yoldaşım o vaxtı Moskvadan universiteti yeni bitirib gəlmişdi. Tez-tez teatra tamaşalara baxmağa gedirdik. Ən əsası da Opera və Balet Teatrına. Möhkəm dostluğumuz sevgiyə çevrildi.O məni, mən də onu dəhşətli dərəcədə çox sevirdim. 7 il sonra evləndik, 1978-ci ildə isə ilk övladımız dünyaya gəldi.

- Niyə 7 il uzatdınız?

- Ailələrimizdə söz-söhbət yaranmışdı. Anam deyirdi ki, rəssamdan ailə başşısı olmaz, onlar yeyib-içib, kef edənlərdir. Onun anası da aktrisa olduğuma görə məni istəmirdi. O vaxtı aktrisalara münasibət tam başqa cür idi. Ailələrimiz istəməsə də, biz bir-birimizi çox sevirdik, elə ona görə də evləndik.

- Evlənəndən sonra qaynananızın sizə qarşı olan münasibəti dəyişdi?

- Onun anasının fikri mənə qarşı çox dəyişmişdi. Biz o vaxtı İçərişəhərdə yaşayırdıq. Qaynanam deyirdi: "Nə olsun ki, aktrisadır, gör necə abırlı gəlinim var" (gülür).

- Bəs siz kin saxlamadınız?

- Mənim ürəyimdə kin yoxdur. Ürəyim uşaq kimidir. Bəzən hər hansısa sözü deyirəm, sonra peşman oluram. O mənim yoldaşımın anası idi, yoldaşımı atasız böyütmüşdü. Mən də istəyirdim ki, uşaqlarımın nənəsi, bibisi olsun. Qaynanam mənə 23 fevralda oğlanların bayramında hədiyyə edirdi. Deyirdi ki, sən də oğlan rolları oynamısan.

- Yoldaşınız sizin şəkilinizi çəkmişdi?

- Bəli, çox çəkmişdi amma birini saxlayıram. Onu da heç kimə göstərmirəm.

- Çox özəldir?

- Xeyr, sadəcə istəmirəm kimsə görsün. Çünki o məni çox qəmgin çəkmişdi. O hiss edirdi ki, mən sonda qəmgin olacağam. Ona görə o şəkili heç kimə göstərmirəm.

- Ürəyinizə danmışdı ki, sizi tez bir zamanda tək buraxacaq?

- Xeyr, o heç vaxt bədbin düşüncələrə qapılmırdı. Həmişə deyirdi ki, 70 yaşım olanda da səni sevəcəyəm. Biz fikirləşmirdik ki, o dünyasını dəyişəcək. Düzdür, infarkt keçirmişdi, amma 3 il yaşadı. Mən hətta onu aparıb işə də ötürürdüm. Evə bir çörək almağa da onu qoymurdum (kövrəlir).

- İkinci dəfə ailə qurmaq istəmədiniz?

- Heç vaxt bu haqda düşünmədim. Mən bircə onu düşünürdüm ki, uşaqlarımın gündəlik yeməkləri olsun. 1990-ci il çox çətin illər idi. Biz teatrdan da çox az maaş alırdıq, onu da heç aylarla ala bilmirdik. Mən hətta bəxt üzüyümü də uşaqlarım üçün satdım. Çox çətinlik çəkmişəm, şükür Allaha ki, nəticəsi yaxşı oldu. Uşaqlarımın ikisi də kulis arxasında böyüyüb.

- Həyatın hər iki üzünü görmüş bir insan kimi gənc aktrisalara nə tövsiyyə edərdiniz?

- Mən həmişə aktrisalara deyirəm ki, çalışın ailəniz, övladlarınız olsun. Heç vaxt ailənizi sənətə qurban verməyin. Ailə mənim üçün müqəddəs bir hissdir. Qadının gərək ailəsi olsun. Bəzilər deyir ki, ailəmi sənətə qurban verdim. Sən qələt edib ailəni sənətinə qurban verdin! Heç vaxt o aktrisalara bəraət qazandırmıram.

Əli Rəhimoğlu

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Июнь 2017    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930